PDF Oxu

Siyasət

  • 1 880

Haqqa, ədalətə gedən yolun Qalib LİDERİ - ŞƏRH

Haqqa, ədalətə gedən yolun Qalib LİDERİ - ŞƏRH

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Məhz cənab Qalib Sərkərdə İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Prezident İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi. Bir daha tarixin təsdiq etdiyi: «hər yüzillikdə xalqların taleyini dəyişən liderlər yetişir» faktı bir daha Qalib Sərkərdə, Prezident İlham Əliyev cənablarının yeni yüzilliyimizin lideri olduğunu sübut etdi. 27 sentyabr 2020-ci il tarixindən 21 il öncə - 2003-cü ilin 31 oktyabrında əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq and içən qalib liderimiz İlham Əliyev çıxışında demişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Bəli, ali kürsüdən and içən yeni Prezident “torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik” deməklə böyük bir missiyanı öz üzərinə götürdüyünü bəyan edirdi... Azərbaycan Prezidenti yürütdüyü siyasətlə hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan edib və edir. Dəvət olunduğu bütün beynəlxalq ali kürsülərdə, konfrans və forumlarda Azərbaycan Prezidenti İlham Əliyev xalqın səsini bəyan edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istədi. Amma ikili standartlar prinsipi heç zaman Azərbaycandan yan keçmədi. Bu cəzasızlıq mühitindən yararlanan Ermənistan Qarabağda daşı daş üstə qoymadı. Bu azmış kimi Ermənistanın indiki rəhbərliyinin tutduğu azğın yol, həyasızcasına səsləndirdiyi bəyanatlar Azərbaycanın və şəxsən cənab İlham Əliyevin səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, Ali Baş Komandan böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi, ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi. Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Məhz qalib Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Və bu günün reallıqları bir daha Azərbaycan xalqının düzgün seçim etməkdə yanılmadığını və 30 il uyurd həsrətinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə son qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa muraciətində bəyan etdi ki, Azərbaycan Ordusunun 8 noyabr tarixində qazandığı qələbə Azərbaycan tarixində əbədi qalacaq: «Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür».

Prezident İlham Əliyev müraciətində bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yollarının olduğunu dəfələrlə deyib: «Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!».

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».

Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həmdə bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Çünki bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında da göstərib. Və İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.

Çünki sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil.

Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur. Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Göründüyü kimi, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bir sözlə, bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər