PDF Oxu

Siyasət

  • 1 881

“Serbiya Azərbaycanda keçirilən COP konfransında çox fəal iştirak edəcək“ - MARKO CURİÇİ

“Serbiya Azərbaycanda keçirilən COP konfransında çox fəal iştirak edəcək“ - MARKO CURİÇİ

“Azərbaycan hökuməti və parlamenti ilə işləməyə hazırıq. Hər iki ölkə rəhbərinin apardığı siyasət nəticəsində ölkələr arasındakı əməkdaşlıq istiqamətləri daha da genişlənir. Həmkarımın da qeyd etdiyi kimi əlaqələr bu görüşlərdən sonra daha da irəliləyəcək”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Serbiya xarici işlər naziri Marko Curiçi deyib.O bildirib ki, Azərbaycandan olan dostlarımızı təbrik edirəm, çünki Azərbaycan bu il COP29 kimi mühüm tədbirə ev sahibliyi edəcək: “Serbiya Azərbaycanda keçirilən COP konfransında çox fəal iştirak edəcək.Baş tutan görüşlər zamanı sosial-iqtisadi məsələlərlə yanaşı, siyasi mövzular da müzakirə olundu, regional məsələlər barəsində həmkarım tərəfindən məlumatlar verildi. Biz hər zaman olduğu kimi Azərbaycanın siyasətini dəstələyiri və yanındayıq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər