PDF Oxu

Siyasət

  • 2 984

Seçkilərə xaricdən reaksiya - RAKURS

Seçkilərə xaricdən reaksiya - RAKURS

Udan və uduzanlar, səbəb və nəticə…
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib, hakim Yeni Azərbaycan Partiyası (Yeni Azərbaycan) yenidən qalib gəlib. Səsvermə bülletenlərinin 91%-i hesablandıqdan sonra məlum olub ki, əvvəlki çağırışda olduğu kimi, hakim partiya 125 deputat mandatının yarıdan çoxunu əldə etməyi bacarıb (68 yer). Qalan yerlər, ilkin məlumatlara görə, digər qüvvələr arasında bölüşdürüləcək. Xarici müşahidəçilərin fikrincə, səsvermə demokratik standartlara uyğun keçib. "Biz seçki məntəqələrində mehriban ab-hava, müsbət konstruktiv münasibət gördük ki, bu da seçicilər, müşahidəçilər və seçki prosesinin digər iştirakçıları ilə minimum ciddi insidentlərə səbəb olan atmosfer yaratmağa imkan verdi", - bu barədə jurnalistlərə açıqlamasında Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Pavel Andreev məlumat verib.MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin isə bildirib ki, ilk dəfə bütün Azərbaycan ərazilərində keçirilən parlament seçkiləri “demokratik prinsiplərə, seçki qanunvericiliyinə və ölkənin Konstitusiyasına uyğun baş tutub”. Serbiya parlamentinin üzvü İqor Beçiç qeyd edib ki, əhalinin seçkilərdə demokratik iştirakı üçün hər cür şərait yaradılıb. O, həmçinin Yeni Azərbaycan Partiyasını qələbə münasibətilə təbrik edib və seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini təsdiqləyib.“Parlament seçkiləri demokratik proseslərin inkişafında mühüm addım oldu”, - Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibinin müavini Nuran Niyazəliyev deyir. Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların iradəsini ifadə etməsinə heç bir maneə olmayıb. “Missiya seçkiləri şəffaf, etibarlı və demokratik hesab edir. Biz Azərbaycanı yeni parlament seçilməsi münasibətilə təbrik edir, ona sosial-iqtisadi inkişaf arzulayırıq”, - deyə Niyazəliyev vurğulayıb."İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ifadə etdiyi seçkilər Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.Seçkilərdə iştirakdan imtina edən müxalif Azərbaycan Xalq Cəbhəsi seçkiləri boykot etsə də, digər müxalif Müsavat Partiyası 15 ildən sonra ilk dəfə seçkilərdə iştirak etmək qərarına gəlib. Müsavat başqanı Arif Hacılı iddia edib ki, o, əvvəlcə səsvermənin normal keçəcəyinə inanmayıb, amma yenə də “ölkədə siyasi atmosferi gücləndirməyə” çalışıb.Bununla paralel olaraq, Azərbaycanın Müxalifət Təşkilatlarının Koordinasiya Şurası Avropa Parlamenti və AŞPA-nı respublikada keçirilən parlament seçkilərinin legitimliyini şübhə altına almağa çağırıb. Bəzi müxalifət nümayəndələri ATƏT/DTİHB müşahidəçilərinin hələ seçkilər başlamamışdan əvvəl hazırladığı hesabatına istinad edərək, “seçkilərin məhdudiyyətlər şəraitində keçdiyini, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə əlamətdar olduğunu” qeyd ediblər. Əlbəttə bu, tamamilə qərəzlidir və heç bir beynəlxalq norma və prinsiplərlə uzlaşmır.Bu, artıq 2024-cü ildə Azərbaycan üçün ikinci növbədənkənar seçkidir. Fevral ayında respublikada növbəti prezident seçkiləri keçirildi, baxmayaraq ki, seçkilər yalnız 2025-ci ildə keçirilməli idi. Amma ölkəmizdə bir sıra önəmli beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alaraq seçkiləri bir il əvvələ təyin edilməsi qərara alındı. Parlament seçkiləri isə bir neçə ay irəli, yəni noyabrdan sentyabr ayına çəkildi. Belə bir təşəbbüslə Yeni Azərbaycan Partiyası çıxış etdi. Deputatlar təkliflərini noyabrda Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsi ilə izah ediblər.Azərbaycanlı politoloq İlqar Vəlizadə parlamentin yarıdan çoxunun yeniləndiyini qeyd edib. Onun sözlərinə görə, müxtəlif spesifik istiqamətlər üzrə milli qanunvericilik sistemini müasirləşdirə biləcək yaxşı təhsilə və böyük təcrübəyə malik yeni insanlar deputat olublar. “Seçicilərin az olması Azərbaycanda dərs ilinin sentyabrın 15-də başlaması ilə bağlıdır. Buna görə də seçkilər bayram mövsümünə düşüb. Müsavat Partiyasına gəlincə, ona görə məğlub oldu ki, onun təmsilçiləri uzun müddət ciddi siyasi proseslərdə iştirakdan imtina etmişdilər və həm də ciddi təsir rıçaqlarından məhrum idilər. Onlar seçicilərə real heç nə təklif edə bilmədilər”, - ekspert izah edib.

V.VƏLİYEV

Digər xəbərlər