PDF Oxu

Siyasət

  • 2 066

"Ermənistan odla oynamamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan odla oynamamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan hakimiyyəti artıq bu sərsəmləmələri birdəfəlik dayandırmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, Qarabağdan getmiş ermənilərin ağılsız addımları nəticə etibarilə Ermənistanı çox ciddi və pis vəziyyətlə qarşı-qarşıya qoya bilər: "O vəziyyətdən də Ermənistanın çıxmaq imkanı yoxdur. Ona görə də Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti ciddi addımlar atmalıdır. Yəni Qarabağ məsələsi qapanıb, birdəfəlik bitib. Artıq ermənilər öz seçimlərini ediblər. Könüllü şəkildə Azərbaycan torpaqlarından çıxıb Ermənistana yerləşiblər. Böyük bir qismi Ermənistandan da çıxıb dünyanın müxtəlif ölkələrinə, özəlliklə də Rusiyaya köçüb. Məsələ qapanıb. Qapanmış məsələ ətrafında bu cür manipulyasiyalar etmək Ermənistana fayda gətirən deyil".Onun sözlərinə görə, digər bir tərəfdən onlar hansısa 50-60 min, öz iddialarına görə 100 min adamın geri qayıtmasından danışırsa, biz azərbaycanlılar hazırda 3 milyona yaxın Qərbi azərbaycanlının geri qayıtmasının qayğısına qalmaq məcburiyyətindəyik: "Yəni Azərbaycan Respublikasının vətəndaşları arasında mərhələ-mərhələ Ermənistandan qovulmuş və onların xələfləri olan insanların sayı 3 milyona çatır. Ermənistan odla oynamamalıdır. Əgər onlar "Qarabağa qayıdış", "Qarabağ Respublikası" kimi sərsəm iddiaları davam etdirəcəklərsə, biz də məcbur olacağıq ki, 3 milyon azərbaycanlının Ermənistana qayıtmasının qayğısına qalaq. Təbiidir ki, bunun üçün müvafiq dövlət qurulacaq. Həmin dövlətin rəhbərliyi olacaq, artıq Azərbaycan Respublikası dövlət olaraq məsələyə qarışmadan həmin 3 milyon adam ayağa qalxıb yalın ayaqla Ermənistanın üstünə yürüməli olacaq. Bunun qarşısında duruş gətirə biləcəklərmi? Təbii ki, yox. Ona görə də sərsəm iddialarından nə qədər tez əl çəksələr, bir o qədər onların xeyrinə olacaq. Bizim üçünsə problem yoxdur. Əgər onların deyəcəyi varsa, bizim də sözümüz var. Onların etmək istədiyi varsa, bizim də edəcəyimiz var. Qərbi azərbaycanlılar haqlı olaraq öz dədə-baba yurdlarına qayıtmalıdırlar və bunun üçün də addımlar atılacaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər