Siyasət

  • 900

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

image

Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. SİA istinadən xəbər verir ki, iclasda sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Beynəlxalq müşahidə missiyası və media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda əvvəlcə müraciətlər barədə ətraflı məlumat verilib, eyni zamanda, araşdırma və baxılma prosesinə dair qanunvericiliyin tələbləri bir daha diqqətə çatdırılıb.

Komissiya üzvlərinin geniş müzakirəsindən sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.

Digər xəbərlər

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY