Siyasət

  • 1 073

Ermənistan üçün qaçılmaz olan İQTİSADİ ENİŞ - TƏHLİL

image

Bir müddətdir özünün guya iqtisadi yüksəliş mərhələsində olduğunu bütün dünyaya göstərən Ermənistan son vaxtlar iqtisadi baxımdan kəskin şəkildə azalmanı etiraf etmək məcburiyyətində qalıb. Məhz iqtisadi tənəzzülün səbəbini belə özündə axtarmayan, bunun da günahını Rusiyada görən, Ermənistanın iqtisadi baxımdan geriləməsinin də səbəbi kimi Moskvanın təsirini müzakirəyə çıxaran rəsmi İrəvan belə görünür ki, çətin durumdadır. Fakt budur ki, haylar öz ölkələrində iqtisadi daunşiftinq deyilən iqtisadi geriləməni etiraf etmək məcburiyyətində qalıblarsa, deməli, vəziyyətləri olduqca kritikdir.

İqtisadi məsələlərlə bağlı hayların bəyan etdikləri qətiyyən üst-üstə düşmür

Son bir neçə ayda Ermənistan iqtisadiyyatının artım tempinin iki dəfə azalması həmin ölkədə narahatlıq doğurub. Bu narahatlıq da öz növbəsində Ermənistanın Statistika Komitəsini və hökuməti 2023-cü il və 2024-cü ilin birinci rübü üçün ÜDM rəqəmlərini aşağıya doğru tənzimləməyə məcbur edib. Dəyişikliklər göstərir ki, işğalçı ölkə bir çox iqtisadçıların "aşağı sürətləndirmə" adlandırdığı mərhələyə keçib. Daha dəqiq desək, Ermənistan özünün tənəzzül dövrünü yaşayır və bunu nəinki hansısa bir erməni iqtisadçı, hayların hər biri çox yaxşı başa düşür. Hər bir erməni yaxşı başa düşür ki, Ermənistan adlı bir dövlətin digər yalanları kimi, iqtisadi irəliləyiş barədə yalan uydurmalarına da inanmaq olmaz.

İstənilən halda rəsmi İrəvanın iqtisadi inkişaf barədə dedikləri heç də öz yerini tapa bilməzdi. Axı bu işğalçı ölkə heç bir şəkildə iqtisadi inkişafı yuxusunda belə görə bilməzdi. Haylar heç bir işlə, heç bir istehsalla, emalla məşğul deyillərsə, daşlar ölkəsi faydalı qazıntılar və təbii ehtiyatlarla zəngin deyilsə, bir dövlət kimi əlaqələri sıfır həddindədirsə, ermənilər beynəlxalq layihələrdən də kənarda qalıblarsa, kənd təsərrüfatı tamamilə batmış vəziyyətdədirsə, idxal-ixrac həmin ölkədə bərbad durumdadırsa, hansı iqtisadi irəliləyişdən söhbət gedə bilər axı? Vətəndaşları acınacaqlı durumda olan ölkənin iqtisadi yüksəliş uydurmaları osuz da olduqca gülünc səslənirdi. İndi haylar geriləmələrini, tənəzzüllərini etiraf etməsələr belə bunu görmək heç də çətin deyildi. Onsuz da bütün dünya ictimaiyyəti çox yaxşı bilirdi ki, Ermənistan axınacaqlı durumdadır. Hər halda, Ermənistan bütün dünyadan iyanələr, yardımlar dilənəndə belə hər kəs reallığın nədən ibarət olduğunu gözəl başa düşürdü. Elə həmin dilənçiliklə pafoslu şəkildə deyilən uydurma iqtisadi yüksəliş bir müstəviyə sığan da deyildi. Təəssüf doğuran o idi ki, haylar dünyadan yardımlar, iyanələr diləndikləri zaman onlardan "iqtisadi yüksəlişləri" barədə soruşulmalı idi. Soruşulmalı idi ki, əgər iqtisadi cəhətdən yüksəliş əldə edirlərsə, niyə dilənirlər? Yaxud da, dilənirlərsə, hansı iqtisadi yüksəlişdən söhbət gedə bilər? Hər istiqamətdə olduğu kimi, hər zamankı kimi, yenə də Ermənistanda iqtisadi məsələlərlə bağlı hayların bəyan etdikləri qətiyyən üst-üstə düşmür.

Şişirtmə rəqəmlərlə təqdim olunan uydurma hesabatlar, sadəcə olaraq, yalan məlumatlardır

Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, guya 2024-cü ilin yanvar-iyul aylarında iqtisadi aktivlik göstəricisi 2023-cü ilin müvafiq dövrü, eyni dövrü ilə müqayisədə 9,6% artıb. Növbəti uydurma və yalan məharətlə daxili auditoriyaya sırınır. Erməni iqtisadçılarının öz araşdırmalarından da bəlli olur ki, artımdan heç danışmağa belə dəyməz, nəinki hansısa rəqəmin artıq və ya əskik olduğu bildirilsin. Hayların özlərinin apardıqları araşdırmalar təsdiq edir ki, Ermənistan üçün ancaq geriləmə barəsində danışmaq mümkündür. Qalan bütün rəqəmlər uydurma statistikadan başqa bir şey deyil. Bəlkə də hansısa bir rəqəmi şişirdib ortaya qoymaq cəhdləri də ola bilər, amma istənilən halda bu şişirtmə reallıqla qətiyyən uyğunluq təşkil edə bilməz.

Çox maraqlıdır ki, hesabat dövründə sənaye istehsalının 15,7% artaraq 1,63 trilyon dram, yəni, təxminən 4,3 milyard dollar təşkil etməsi, tikinti işlərinin həcminin 16,1% artaraq 259,3 milyard dram həddində olması, daxili ticarət sferasında əhəmiyyətli artımın müşahidə olunması barədə uydurmalar hardan bu hayların ağlına gələ bilər? Ümumiyyətlə, bu rəqəmlərin nəyə istinadən götürüldüyünü heç haylar özləri də bilmirlər. Bilmirlər ki, dövriyyənin 21,4% artaraq 3,3 trilyon dram təşkil etməsi barədə məlumar hardan əldə edilib. Xidmət sektorunda da müsbət dinamikanın olması barədə uydurmalar da haylar arasında təəccüb doğurur. Ona görə bütün bunların işğalçı ölkədə olmaması göz önündədir və ona görə də təəccüb doğurmaya bilməz. Ölkəsə heç bir sənaye məhsulu istehsal edilmirsə, hansı sənaye istehsalının artımından söhbət gedə bilər? Məğlubiyyət acısı yaşayan, ehtiyac içində olan ölkədə hansı tikinti işləri görülür ki, tikinti işlərində artım barədə erməni xalqına nağıllar oxunur? Daxili, yaxud da xarici ticarət bu ölkədə varmı ki, onun artımı barədə də əfsanələr danışılsın? Hər kəs, xüsusən də hayların istənilən bir nümayəndəsi yaxşı bilir ki, şişirtmə rəqəmlərlə təqdim olunan uydurma hesabatlar, sadəcə olaraq, yalan məlumatlardır.

Uydurma olan iqtisadi artıma baxış və Ermənistanda fiskal problemlər

İqtisadi artımın kəskin yavaşlaması fonunda Ermənistanın Statistika Komitəsinin məhz 2023-cü il və 2024-cü ilin birinci rübü üçün ÜDM göstəricilərinə yenidən baxılacağını açıqlaması heç də təsadüfi sayıla bilməz. Yenilənmiş məlumatlara əsasən, Ermənistanın 2023-cü il üçün ÜDM-si də yetərincə azalıb. Məlum olub ki, ÜDM-nin həcm indeksi 0,4 faiz bəndi azalaraq hazırda 108,3 faiz təşkil edib. Həmçinin yenidən bir daha bəlli oldu ki, 2024-cü ilin birinci rübünün rəqəmlərinə də əhəmiyyətli düzəlişlər edilib. Bu dövrdə ÜDM azalıb, yenə də həcm indeksi 2,6 faiz bəndi enib və 106,6% təşkil edib. Bütün bunlar həmin o qondarma artımların uydurmadan başqa bir şey olmadığının, yalançı göstəricilər olduğunu bir daha təsdiq edir.

Diqqətə çatdıraq ki, 2024-cü il dövlət büdcəsində nəzərdə tutulan vergilər də kəsirli olub və bu, Ermənistanda xüsusi narahatlıq doğurub. Müqaisə üçün diqqətə çatdıraq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərinin artım tempi 3 dəfədən çox azalıb. Dövlət büdcəsinin ümumi gəlirləri də yenidən baxılmış plandan 8 faiz azdır. Nəzərdən qaçırmaq lazım deyil ki, Ermənistanda vergi daxilolmalarının artım tempinin iqtisadi aktivliyin yarısını təşkil etməsi özü də xüsusi narahatlıq doğurur. Ona görə narahatlıq doğurur ki, bu, Ermənistan iqtisadiyyatında ciddi problemlərin olmasından xəbər verir.

Ermənistan, "iqtisadi illüziyaların arxasınca qaçmaq" riskini daşıyır

Ermənistan iqtisadiyyatında mövcud vəziyyət erməni ekspertlərin ciddi narahatlığına səbəb olub. Görünən odur ki, struktur problemləri və xarici amillərdən asılılıq işğalçı ölkə iqtisadiyyatının uzunmüddətli sabitliyi üçün böyük risklər yaradır. Ekspertlərin fikrincə, bu çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistan öz iqtisadiyyatında real sektorunun inkişafına, ixracın şaxələndirilməsinə və xarici amillərdən asılılığın azaldılmasına xüsusi diqqət yetirməlidir. Vergi daxilolmalarının sabit artımını təmin etmək və artan dövlət borcunun risklərini azaltmaq üçün vergi inzibatçılığının təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması da vacib hesab olunur.

Bəllidir ki, əhəmiyyətli struktur dəyişiklikləri və əlavə dəyərin davamlı artımı üçün möhkəm zəmin yaradılması olmadan Ermənistan, "iqtisadi illüziyaların arxasınca qaçmaq" riskini daşıyır. Hazırda erməni əsilli ekspertlər qeyd edirlər ki, qondarma və uydurma "sürətli artım mərhələsi"ndən keçib indi də "aşağı enmə" mərhələsinə keçid Ermənistan iqtisadiyyatı üçün kritik sayılır. Ermənistan üçün qaçılmaz olan iqtisadi eniş tamamilə bərbad vəziyyət vəd edir. Erməni iqtisadçıları hesab edirlər ki, hökumət və biznes ictimaiyyəti tərəfindən qəti və düşünülmüş tədbirlər tələb olunur. Əks halda, Ermənistan iqtisadiyyatı üçün daha acınacaqlı vəziyyət gözləniləndir.

Digər xəbərlər

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY