PDF Oxu

Siyasət

  • 3 800

Pavel Klaçkov: Qərbin siyasəti Qafqazda yeni müharibəyə səbəb ola bilər – MÜSAHİBƏ

Pavel Klaçkov: Qərbin siyasəti Qafqazda yeni müharibəyə səbəb ola bilər – MÜSAHİBƏ

Rusiya hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru, politoloq Pavel Klaçkov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın Azərbaycanla sülh istəyib istəmədiyi haqda fikrilərini açıqlayıb. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Pavel Vladimiroviç, İrəvanın Azərbaycanla sülh sazişi ilə bağlı ikili taktikasının arxasında nə dayanır: bir tərəfdən Ermənistan hakimiyyəti sülh müqaviləsinin tərəfdarıdır, lakin hazırda onlar Bakıya şərtlər irəli sürürlər, hansı ki, Bakının bu şərtlərlə açıq-aşkar razılaşmayacağı məlumdur. Məsələn, rəsmi İrəvan deyir ki, bəli, biz Konstitusiyanı dəyişəcəyik, amma bunu 2 ildən sonra edəcəyik və Azərbaycan Respublikasına qarşı ərazi iddialarının ölkənin əsas qanunundan çıxarılması məsələsi gündəmdə deyil...

- Bu yanaşma bir tərəfdən İrəvan üçün dəqiq mövqenin olmaması kimi görünür. Hansı ki, yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi bunu mütəmadi olaraq qeyd edir. Amma bu taktikanın mənşəyini, görünür, Ermənistan hakimiyyətinin xarici idarəçilik altında olmasında axtarmaq lazımdır. Və buna görə də, bir neçə atəşin arasında qalaraq- axırda Qərbin göstərişlərinə əməl edərək, Rusiya ilə münasibətlərin qəti şəkildə kəsilməsinə hələlik razılaşmayıblar. Və onlar birtəhər təlaşa düşməli, qıvrılmalı, vaxtaşırı bəyanatlarının və hərəkətlərinin istiqamətini dəyişdirməlidirlər. Belə insanlarla danışıqlar aparmaq olduqca çətindir.

Ermənistanın hərəkətlərində heç bir şəffaflıq yoxdur; Axı göz qabağındadır: əgər dövlət başçısı hansısa sənədə imza atıbsa, deməli, müqaviləyə görə cavabdehlik daşıyır və sonra çıxıb demir ki, yox, bu belə deyil, biz bu barədə imza qoymamışıq.

Ümumiyyətlə, İrəvan həmişə müxtəlif siyasi oyunlar təklif edir, bu oyunları faydalı şəkildə manipulyasiya edir. Ermənistanın indiki rəhbərliyi də vaxtaşırı bunu edir. Ona görə də biz şəffaflığın və vəziyyətin bundan sonra necə inkişaf edəcəyinə dair əminliyin olmadığını deyə bilərik. Bu gün Ermənistanı ciddi, etibarlı tərəfdaş adlandırmaq çətindir. Bunun baş verməsində isə Qərbin marağı var. Qərb İrəvanla Bakı arasında sülhün imzalanmasında “vasitəçilik etmək” istəyir. Amma Bakı açıq şəkildə bundan məmnun deyil, çünki o, üzdə görünməyəni- Qərbin Cənubi Qafqazda real sülh maraqları ilə işləmədiyini, Qərbin niyyətlərinin saxtalığını görür. Görünür, Qərb Ermənistana sülh müqaviləsinin imzalanmasını gecikdirməyi məsləhət görür. ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək və onlardan sonra nə baş verəcəyini heç kim bilmir. Dünya üçün bu, yaxın gələcək üçün müəyyənedici amillərdən biridir. Ermənistan da özünü ifşa edib Rusiya ilə qəfildən qopmaq istəmir.

Bu yaxınlarda ABŞ Ermənistanda hüquq-mühafizə orqanlarının islahatları üçün vəsait ayırıb. Görünən odur ki, Ermənistan kənardan nəzarət altına alınır. Ermənistan artıq müxtəlif sahələrdə Qərb təlimatçıları ilə dolub. Amma onların təhlükəsizlik sektoruna- hüquq-mühafizə orqanlarına, orduya sızması ciddidir. Bu o deməkdir ki, Birləşmiş Ştatlar təhlükəsizlik, cəmiyyətdəki əhval-ruhiyyə haqqında birbaşa məlumat almaq və buna görə də əhval-ruhiyyəyə təsir etmək imkanına malikdir. Ukraynada da hər şey eyni idi. Qərb öz köhnə nümunəsini izləyir. Bu isə Ermənistan üçün fəlakət yolu, uçuruma aparan yoldur.

- Sergey Lavrov açıq şəkildə bildirdi ki, İrəvan Qərbi Azərbaycan və Ermənistan arasında vasitəçiliyə cəlb etməyə çalışır, eyni zamanda Rusiyanın vasitəçiliyinə qarşıdır...

- Ermənistanın bu yanaşması tamamilə çıxılmaz yoldur. Bu, tarixi bir anlaşılmazlıqdır. Ermənistan Respublikasında belə bir oriyentasiyanın tarixi perspektivi yoxdur. İrəvan isə bu gün ölkənin hərtərəfli oriyentasiyasına cəhd edir. Mən deyərdim ki, indi diqqəti Qərbə yönəltmək üçün doğru zaman deyil. Qərbin özü bu gün böhran içindədir. İrəvan öz siyasətini xarici sifarişlər əsasında həyata keçirir. Və getdikcə Rusiyaya qarşı guya hər şeyin yaxşı olduğu mövqeyini səsləndirir. Bu xətt isə Ermənistanın ziyanınadır. Bu uzun müddət davam edə bilməz, çünki burada sağlam düşüncə üstünlük təşkil etməlidir. Ermənistan rəhbərliyi arasında üstünlük təşkil etmirsə, deməli, xalq arasında üstünlük təşkil etməlidir.

Rusiyanın Cənubi Qafqaz da daxil olmaqla siyasətini proqnozlaşdırmaq olar. Vladimir Putinlə İlham Əliyev arasında yüksək etimad var və bu, dövlətlər arasında şəffaf münasibətlər qurmağa imkan verir. Burada heç bir hiyləyə yer yoxdur. Rusiya və Azərbaycan etibarlı müttəfiqdir və imkan daxilində bir-birinə arxalanır- dünya siyasətində tərəfdaşlığın gözəl nümunəsidir. Liderlər uzun müddətdir ki, Qərbin Cənubi Qafqazda tətbiq olunan siyasətinə qarşı ortaq müxalifət barədə razılığa gəliblər. Və Rusiya liderinin Bakıya dövlət səfəri zamanı mövcud vəziyyətə əsaslanaraq, saatları, o cümlədən bu istiqamətdə sinxronlaşdırdılar.

Etiraf edirəm ki, Qərb Zaqafqaziyada öz siyasətini uğurla həyata keçirsə, o zaman regionda hər şey ola bilər, hətta Azərbaycanla Ermənistan arasında yeni münaqişə də baş verə bilər. Bölgədə yenidən xaos yarada biləcək və orada təhlükəsizliyi poza biləcək istənilən mənfi ssenari məsuliyyətli siyasətçiləri mühafizə mexanizmləri axtarmağa və təhlükəsizliyin pozulmasının mümkünsüz olacağı şərait yaratmağa məcbur edir. Rusiya və Azərbaycan məhz bunu edir. Risklər əvvəlcədən mümkün qədər bloklanmalıdır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər