PDF Oxu

Siyasət

  • 2 501

Xaricdəki antimilli ünsürlər özlərini Əli Kərimlidən üstün hesab edirlər ANALİZ

Xaricdəki antimilli ünsürlər özlərini Əli Kərimlidən üstün hesab edirlər ANALİZ

Tarixən belə olub və bu gün də belədir ki, ikibaşlı oyun oynayanlar, üzdə bir, arxada fərqli mövqe sərgiləyənlər sonda iflasa uğrayırlar. Azərbaycanın dağıdıcı müxalifəti və xaricdəki antimilli ünsürlərin fəaliyyətinə nəzər yetirdikdə, bir daha tarixi sitatın əsaslı olduğunu görmək olar. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı, Real partiyasının sədri İlqar Məmmədov, eləcə də xaricdə oturub Azərbaycan dövlətinə və xalqına qarşı qarayaxma kampaniyası aparan ünsürlər şər və böhtanlarına, eləcə də qeyri-səmimi davranışlarına görə dünya azərbaycanlılarının gözündən düşən lazımsız əşyaya çevriliblər. Qeyri-ciddi xarakterlərinə görə yaxınları belə onlara hörmət göstərmir, daim uzaq durmağa çalışırlar. AXCP sədr müavini Fuad Qəhrəmanlıya, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə, ABŞ-da tüfeyli həyat tərzi yaşayan Sevinc Osmanqızına, “fərari diplomat” adını daşıyan Arif Məmmədova və digərlərinə qarşı yaxınları tərəfindən göstərilən sərt tənqidi münasibət qeyd olunanlara misal ola bilər. Bu məxluqlar hər şeylərini itirdikləri üçün Azərbaycan cəmiyyətini hədəfə alır, insanların şərəf və ləyaqətini təhqir etməkdən çəkinmirlər. Əksər hallarda xarici qərəzli təşkilatlarla iş birliyinə gedərək onların sözlərini deyir, fikirlərini ifadə edirlər. Nə zaman kimsə və ya hansısa xarici təşkilat Azərbaycan haqqında əsassız fikir səsləndirsə, dərhal dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər onu özünəməxsus şəkildə şərh edib, paylaşırlar. Elə hesab edirlər ki, xaricdəki ermənipərəst dairələr Azərbaycanla bağlı qərəzli fikir söyləməklə düzgün və ədalətli mövqe sərgiləyirlər. Lakin anlamırlar ki, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirən xarici təşkilat və ya erməni lobbisinin üzvləridir. Hansı ki, onlar Azərbaycanın dünya miqyasında əldə olunan uğurlarını həzm etmək istəməyən, qısqanclıqla yanaşan məkrli dövlətlərdir. Fransa o dövlətdir ki, 44 günlük Vətən müharibəsində və parlaq hərbi qələbədən sonra Fransa senatı erməniləri himayə edən, Ermənistana dəstək göstərən irticaçı qərarlar qəbul etdi, Makron hər fürsətdə ölkəmizlə bağlı qərəzli açıqlamalarla çıxış edib. Almaniya və ABŞ-da eynilə ermənipərəst mövqe sərgiləyiblər. Almaniyada genişlənməkdə olan faşist ideologiyasının əsas təmsilçilərindən olan Frank Şvabenin təklifi əsasında Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edildi. 30 il AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Əli Kərimli Frank Şveberin paylaşmasına dəstək ifadə etdi

Haqlı olaraq Azərbaycan dövləti Frank Şveberin sifarişli layihəsi əsasında Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edən deputatların Azərbaycana girişinə qadağa qoyulub. Bu qadağa yalnız AŞPA-nın Azərbaycan nümayəndələrinə qarşı tətbiq etdiyi separatçı qərarın ləğv edilməsindən sonra aradan qaldırıla bilər. AŞPA-nın və digər qaranlıq niyyətli, qaranlıq dairələrin Azərbaycana qarşı qərəzli mövqe tutmasına qarşı etiraz səslərini qaldırırlar. Yalnız Azərbaycanın dağıdıcı müxalifəti və xaricdəki antimilli qüvvələr Frank Şveber kimi nasist qüvvələrin yanında yer alırlar. Ona görə də AXCP sədri Əli Kərimli və ətrafında olanlar F.Şveberin separatçı mövqeyindən məmnunluğunu ifadə edirlər. Hətta utanıb-çəkinmədən F.Şveberin “X” hesabında Cənubi Qafqazda vəziyyət, Azərbaycanla bağlı qarayaxma kampaniyasına və cızma-qarasına haqq qazandırıb, bəyənir. Ə.Kərimli sosial şəbəkə hesabında yazır: “Biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Bizim Avropa ilə döyüşməyimiz Ermənistanın müttəfiqlərini çoxaldacaq. Azərbaycanın maddi yardım, sərmayə, kredit, texnologiya əldə etmək imkanları məhdudlaşacaq. Avropadan imtina edib, Mərkəzi Asiyalaşmaq siyasəti davam etdikcə, sadə azərbaycanlının Avropaya vizasız gediş-gəliş arzusu arzu olaraq qalacaq, repressiyalar davam edəcək, məmur özbaşınalığı, hüquqsuzluq və yoxsulluq artacaq”.

Bu cür yanaşma bir daha onu təsdiq edir ki, Əli Kərimli sağalması mümkün olmayan xəstəliyə mübtəla olub. Onun üçün fərqi yoxdur kimlər və ya hansı qüvvələr Azərbaycan xalqı və dövləti haqqında nə kimi qərəzli açıqlamalar verirlər. Əsas odur ki, maraqlarına uyğun mövqe sərgilənir, eləcə də xaricdən mənafeyini əks etdirən sifarişlər verilir. Bu baxımdan da barda alkaşın, küçədə narkomanın, səhnədə ağılsız rəqqasənin, siyasətdə erməni kökənli şəxsin Azərbaycanla bağlı istənilən sayıqlamasını bəh-bəhlə öz sosial şəbəkə hesablarında paylaşır. Özü azmış kimi trollarını da separatçı açıqlamanı sosial şəbəkələrdə paylaşmağa təhrik edir. Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP-nin trollarından fərqli olaraq xaricdəki ünsür yığnağı Əli Kərimli ilə geniş iş birliyi qurmaqda maraqlı deyillər. Belə demək olar ki, xaricdəki trolları hərəsi özünü bir “ağa” hesab edir.

Xaricdəki antimilli ünsürlər Əli Kərimliyə qarşı birləşirlər

Hətta bəzən Trol Sadıqlı, Sevinc Osmanqızı, Arif Məmmədov və digərləri özlərini Ə.Kərimlidən üstün hesab edirlər. Fikir vermisinizsə, Trol Sadıqlı özünün TV-sində “mən Azərbaycan müxalifətinin əsas sözçüsü ola bilərəm”, “Əli Kərimlinin seçkiləri “boykot” qərarını qınayırıq”, - deyə bildirir. Sevinc Osmanqızı isə Ə.Kərimlini daha geniş formada təhqir edir. O özünün TV-sində demək olar ki, hər gün Ə.Kərimlini fakt və sübutlarla ifşa edir. Halbuki, ABŞ-a qədəm qoyduğu ilk dönəmdə az qala Ə.Kərimli ilə nəfəs alırdı. Mütəmadi olaraq "Yurd” şefinin valını qoyub, köhnə bayatılarını təzə adı ilə onu dinləyənlərə sırımağa çalışırdı. Elə ki, bir məqamda Ə.Kərimli onun kisəsindən qrant oğurladı, üzü döndü. Başladı Ə.Kərimlini asıb-kəsməyə. Aradabir Ə.Kərimlinin necə və hansı yollarla kimdən nə qədər qrant aldığını da TV-sində səsləndirdi. O gün isə AXCP NTK-nın sədri Aydın Əliyevi efirinə çıxaraq Ə.Kərimlini ağ yuyub, qara sərdirdi. Başqa vaxtı olsa idi, AXCP-dən qovulan, lakin nizamnamə pozuntusu ilə barışmayaraq məhkəməyə müraciət edərək hüququnu bərpa edən A.Əliyevi “sifariş yerinə yetirən trol”, “əbləh”, “axmaq” və bu kimi Ə.Kərimliyə xoş gələ biləcək söz və ifadələrlə A.Əliyevi təhqir edib aşağılmağa çalışardı. İndi isə fərqli situasiyadır və maraqları A.Əliyevin məsələsindən istifadə edib, Ə.Kərimliyə qarşı kampaniya aparmağa sövq edir. Kənardan baş verənləri izlədikdə, belə qənaətə gəlmək olar ki, bu hər iki məxluq vəhşi cəngəlliyin bir-birini parçalamağa hazır olan ünsürlərdir. Meydanda ara-sıra AXCP-nin fəal trollarından olan Fuad Qəhrəmanlının görünməsi və S.Osmanqızını təhqiredici açıqlamalarla çıxış etməsi yanan alovun üstünə benzin çiləmək təsiri bağışlayır. F.Qəhrəmanlı Ə.Kərimlinin demək istədiklərini troll olaraq dilə gətirərək S.Osmanqızına sual edir ki, niyə əvvəllər bir yerdə olduğu əqidə dostlarını indi tənqid edir?: “Sevinc Osmanqızını narahat edən, müxalifətə qarşı qəzəbli edən nədir? Niyə əvvəllər bir yerdə olduğu müxalifətə düşmən kəsilib?”. Təbii ki, S.Osmanqızı F.Qəhrəmanlının sualına cavab vermək niyyətində deyil. Çünki indiki maraqları o suala cavab verməyə imkan vermir. Ə.Kərimli də eynilə S.Osmanqızını niyə hədəfə alıb, təhqir etməsinə aydınlıq gətirmək niyyətində deyil. Ümumilikdə isə, dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin fəaliyyət dairələri yalnız özəl maraqlar üzərində qurulub. Onlar üçün əqidə birliyi, məfkurə anlayışı deyilən bir şey yoxdur. Belə siyasətə gəliblər, bu cür də fəaliyyət göstərəcəklər.

İLHAM ƏLİYEV

Digər xəbərlər