PDF Oxu

Siyasət

  • 2 274

"Dünyada belə analoqu olan əməliyyat yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dünyada belə analoqu olan əməliyyat yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Antiterror əməliyyatları Azərbaycan hərb tarixində və dünya hərb tarixində müstəsna hallardan biridir". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib. O bildirib ki, antiterror əməliyyatları separatizmin kökünü kəsmək, qazımaq günüdür: "Terrorizmə, işğala son qoyulan gündür. Ermənistan beynəlxalq hüquqla ən ağır cinayətlər - işğal, soyqırım, terror, separatizm kimi ən ağır cinayətləri törədib. Azərbaycan tarixində bu antiterror əməliyyatı çox böyük hadisədir. Bu, Azərbaycanın suverenliyinin bərpası, separatizmin ləğvi, bu, örnək əməliyyatı idi. Mülki əhali əziyyət çəkmədən seperatçılara, terrorçulara qarşı keçirilən bir əməliyyat idi. Həm də bir gündən az çəkdi. Dünyada belə analoqu olan əməliyyat yoxdur. Bu əməliyyat öyrənilməlidir, necə ki, Şuşanın azad edilməsi və digər əməliyyatlar dünyanın bir çox hərbi akademiyaları tərəfindən araşdırılır. O cümlədən, bu antiterror əməliyyatı da araşdırılır. Ona görə ki, bu əməliyyat həm qısa çəkdi, həm də çox peşakar səviyyədə hazırlanmışdı. Mülki əhali heç bir zərər görmədi. Bunu hətta dünya, hər kəs etiraf etmək məcburiyyətindədir. Azərbaycan dövlətinin necə peşəkar səviyyədə bu əməliyyatı həyata keçirdiyini gördülər. Hər bir şəxs də bununla razılaşır. Bu, Azərbaycan tarixi üçün, Azərbaycan silahlı qüvvələri üçün çox əlamətdar hadisələrdən biridir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin"."Bu, Azərbaycan xalqının necə vətənpərvər olduğunu göstərdi. Vətəni, dövləti, bayrağı nə qədər sevdiyini, nə qədər doğru addımlar atdığını göstərdi. Dünyada müharibələr var ki, uzun müddət davam edir və Azərbaycan dövləti axır zamanda öz istəyinə çatdı. Qarabağda qısa zamanda bərpa quruculuq işləri gedir, Xankəndidə universitet açıldı. Bu özü böyük quruculuğun nə qədər önəmli olduğunu göstərir. Orada artıq Azərbaycan övladları təhsil almağa başlayacaq. Bu da dünyaya bir mesajdır. Necə ki, sürətlə işğaldan azad edildi, elə də sürətli quruculuq, bərpa işləri həyata keçirilir. Qısa zamanda Qarabağda hava limanları tikilməsi, dəmir yolu xəttinin çəkilməsi, avtomobil yollarının çəkilişi, su, işıq, qazın çəkilməsi, kənd və şəhərlərin bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtması çox böyük tarixi hadisədir. "Böyük Qayıdış"ın özü də öyrənilməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər