PDF Oxu

Siyasət

  • 3 105

İranşünas İrina Fyodorova: Tehran obyektiv olaraq Azərbaycanla münasibətləri pisləşdirmək istəmir - MÜSAHİBƏ

İranşünas İrina Fyodorova: Tehran obyektiv olaraq Azərbaycanla münasibətləri pisləşdirmək istəmir - MÜSAHİBƏ

Rusiyanın tanınmış iranşünas alimi İrina Fyodorova “Moskva-Baku” portalına müsahibəsində Tehranın Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə yanaşmasını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İrina Yevgenievna, son həftələrdə İran müxtəlif səviyyələrdə yenə qeyri-diplomatik olaraq eyham vurmağa başlayıb ki, Tehran Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə qarşıdır, çünki bu layihədə marşruta Azərbaycan qüvvələri, ya Rusiya, ya da regiondankənar nəzarət edəcək və İran kənarda qalacaq.

- İranın Zəngəzur dəhlizi ilə bağlı bu mövqeyi İslam Respublikasının regionda təsirinin azalmasından, Azərbaycan və Türkiyənin regionda təsirinin güclənməsindən ehtiyat etməsi ilə izah olunur. Və o, Azərbaycanın nəqliyyat marşrutuna nəzarət etmək üçün real imkan əldə etməsindən çəkinir.

Məlum olduğu kimi, Azərbaycan və İran artıq İran ərazisindən keçməklə Zəngəzur dəhlizinə alternativ yol qurur. Tehranı bu variant dəhlizin Ermənistan ərazisindən keçməsindən qat-qat qane edir.

Əslində, İran nə qədər başqa cür görünsə də, Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Üstəlik, iqtisadi göstəricilərə görə İranın Azərbaycanla ticarəti İranın Ermənistanla ticarətini üstələyir. Azərbaycan və İranın bir-birinə iqtisadi, ticarət və təhlükəsizlik marağı var.

- Eyni zamanda, İran qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinin qeyri-mümkün olduğunu bəyan edir. Bu nə deməkdir?

- İran, Azərbaycan, Ermənistan hamı üçün məqbul həll yolları axtarmalıdır. Rusiya da Zəngəzur dəhlizində maraqlıdır. Məsələ ondan ibarətdir ki, Tehran İran-Ermənistan sərhədində öz üstünlüklərinə sahib olmaq istəyir. Bu məqsədlə İran iki il əvvəl Ermənistanın Sünik rayonunda konsulluğunu açıb. Rusiya da orada öz konsulluğunu açmağı planlaşdırır.

Dediyim kimi, İran həqiqətən də regiondakı imkanlarını və xüsusən də Ermənistanla ümumi sərhədlərlə təmin olunduğu imkanlarını itirmək istəmir.

İran Azərbaycanla sabit münasibətlərdə çox maraqlıdır və Azərbaycanın Tehrandakı səfirliyinə hücum ilə bağlı gördüyümüz kifayət qədər çətin dövrə və Tehranla Bakı arasında siyasi mübahisələrə baxmayaraq, hər iki tərəf üçün məqbul həll yolları axtaracaq.

Bundan əlavə, İran təbii ki, Transqafqaz və Xəzər regionunda regiondankənar ölkələrin mövcudluğuna qarşıdır.

Azərbaycana ünvanlanan qeyri-diplomatik bəyanatlar İrandakı daxili siyasi vəziyyətin əksidir. Pezeşkianın yeni prezident seçilməsindən sonra İslam Respublikasındakı mühafizəkar dairələr etnik azərbaycanlı olan yeni prezidentin müxtəlif ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindən narazıdırlar.

- İran prezidenti Pezeşkian əslində bu yaxınlarda bəyan etdi ki, ölkə daxilindəki bəzi qüvvələr onun siyasətini həyata keçirməsinə mane olur. Bu nə deməkdir?

- Heç bir İran prezidentinin məsləhətləşmələr və ölkənin ali rəhbərinin verdiyi göstərişlər xaricində siyasət qurmağa haqqı yoxdur. Çünki xarici siyasətin müəyyənləşdirilməsi ali lider Əli Xamneyinin səlahiyyətindədir.

Və əgər Pezeşkyanın müxtəlif ölkələrlə münasibətləri inkişaf etdirmək mövqeyi Ali Rəhbərin siyasətinə ziddirsə, o zaman İslam Respublikasının Konstitusiyasına görə, onun Ali Rəhbərin icazəsi və təsdiqi olmadan, daxili siyasi kursu kökündən dəyişdirəcək hər hansı bir səy göstərməyə haqqı yoxdur.

- İranın əvvəlki prezidentlərinin- Həsən Ruhaninin, İbrahim Rəisinin siyasətlərini götürsək, onların Azərbaycanla bağlı siyasətləri çox fərqli idi. Ruhaninin dövründə daha mehriban idi. Siyasətdəki bu cür “dəyişikliklər” təkcə Azərbaycanın öz ərazilərini qaytarması ilə bağlıdırmı?

- Təbii ki, bu, Azərbaycanın öz ərazilərini qaytarması ilə bağlıdır. Azərbaycanın regionda güclənməsi ilə (və bu, həqiqətən də oldu) İran da Azərbaycanın çox yaxın əlaqələri olan Türkiyənin güclənməsini görür.

- Bu gün Rusiyanın İranla münasibətləri necədir? Biz görürük ki, strateji əməkdaşlıq sazişinin yenilənməsi kifayət qədər uzun müddətdir- artıq bir neçə ildir ki, davam edir. Bu nə ilə bağlıdır?

- İran-Rusiya münasibətlərində indi ziddiyyətlərdən çox müxtəlif məsələlərdə uyğunluqlar var. Amma bu o demək deyil ki, bəzi ziddiyyətlər tamamilə tükənib, hər iki tərəf onları hamarlaşdırmağa çalışır.

Strateji sazişin yenilənməsi üzrə işin ləng tempi onunla müəyyən edilir ki, hər bir tərəf çox diqqətlə yanaşır və mümkün həll yollarının həm müsbət, həm də mənfi tərəflərini ölçüb-biçir. Lakin Müqavilənin üstünlükləri daha çoxdur. Və iki ölkənin diplomatlarının dediyi kimi, bu yenilənmiş sənəd yaxın gələcəkdə razılaşdırılacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər