“Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçilərinin fəaliyyət göstərmələri barədə tarixi faktlar məlumdur”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib. O bildirib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərdə yeni səhifə ümummilli lider Heydər Əliyevin 1997-ci ildəİtaliyaya gerçəkləşdirdiyi səfərdən sonra açılmışdı. Məhz həmin səfərdən sonra Azərbaycan – İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişlənmiş və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etməyə başlamışdı. Böyük siyasi xadim Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı.Bildirək ki, Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.Sonrakı dövrlərdə Prezident cənab İlham Əliyevinəzmkar və uğurlu diplomatik siyasəti nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi. Ümumiyyətlə, ölkələrarası münasibətlərdə qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.Əlaqələrin dinamik inkişafından bəhs edərkən cari ilin sentyabr ayıının 4-də Prezident cənab İlham Əliyevin İtaliya Respublikasına növbəti rəsmi səfərini qeyd etmək yerinə düşər. Bu rəsmi səfər ölkələr arasındakı inkişaf prespektivləri prizmasından çox əhəmiyyətli olmasını və Avropada mühüm strateji coğrafi və iqtisadi əhəmiyyətə malik olan İtaliya Respublikası ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunun bir daha təsdiq etmişdir. Səfər çərçivəsində sentyabrın 5-də İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, bir sıra rəsmi şəxslərə görüş və imzalanan sənədlər əlaqələrin inkişafında yüksək templə davam etməsinin əyani sübutudur.Qeyd edək ki, Prezident cənab İlham Əliyevin İtaliya Respublikasına səfəri çərçivəsində ən əhəmiyyətli məqamlarından biri sentyabr ayının 6-də “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş“The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş 50-ci yubiley Beynəlxalq Çernobbio Forumunda iştirak etməsi və forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışetməsidir.Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Bu da öz növbəsində təbii ki, forumda Prezident cənab İlham Əliyevin iştirakı və çıxış etməsi Azərbaycan Respublikasının Avropada, eləcə də, dünyada böyük nüfuza malik olmasını bir daha təsdiq edir.Forumda Prezident cənab İlham Əliyevin çıxışı dünyanın aparıcı media orqanlarında geniş yer ayrılıb. Azərbaycan Liderinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik adlandırması xüsusi olaraq diqqətə çatdırılıb. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğu vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında müntəzəm siyasi təmasların olduğunu da diqqətə çatdırıb. Bu, Azərbaycan Prezidentinin 2020-ci ildən bəri İtaliyaya 3-cü səfəri idi. Onu da qeyd edək ki, Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi təmaslar Azərbaycanla İtaliyanın yaxın siyasi tərəfdaş olduğundan xəbər verir. Həmçinin çıxışda diqqətə çatdırıldı ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrarası ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına çatıb. Əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanla İtaliya çox yaxın tərəfdaş ölkələrdir.Çıxışda enerji məsələlərinə də geniş yer verilib. Ölkə Prezidenti qeyd edib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.Ölkə prezidentinin çıxışında hümanitar məsələlərə də toxunulub. Artıq İtaliya - Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universitetinin və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıblar. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək.Beləliklə, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Bundan əlavə,qeyd etmək yerinə düşər ki, iki ölkə arasındakı hətərəfli əlaqələrin inkişafında keyfiyyətcə və kəmiyyətcə yeni mərəhələyə qədəm qoyması heç şübhəsiz Cənab Ali Baş Komamandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Qələbələrdir”.
Müəllif: Səbinə Hüseynli