PDF Oxu

Siyasət

  • 2 078

Qalib paralimpiyaçılarımız TƏHLİL

Qalib paralimpiyaçılarımız TƏHLİL

Dövlət başcısının sərəncamları ilə "Paris-2024" Yay Paralimpiya Oyunlarının qalibləri mükafatlandırılıblar

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançının həyatına uğur gətirib. Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.

İdmançılarımız "Paris-2024" Yay Paralimpiya Oyunlarında ugurla iştirak etdilər. Sentyabrın 8-dək davam edən Paris Paralimpiadasında Azərbaycan 7 növdə 18 idmançı ilə təmsil olunurdu. "Paris-2024" Yay Paralimpiya Oyunlarında da idmançılarımız uğur qazanıblar.

Medal sıralamasında 169 ölkə arasında 28-ci yer

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.Azərbaycan Respublikasınin Prezidentinin Sərəncamı ılə qaliblər mükafatlanıblar. «Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında» Sərəncama əsasən, idmançıları və onların məşqçilərini həvəsləndirmək məqsədilə birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat, üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat verilib.

DÖVLƏT QAYĞISI

Dövlət başcısının «Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında» Sərəncamı ılə XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir necə idmancı və onların məşqciləri orden və medallarla təltif ediliblər. Belə ki, “Şöhrət” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 1-ci dərəcəli “Əmək” ordeni, 2-ci dərəcəli “Əmək” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir. Bu hissi yaşayan idmancılarımız sırasında olan "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə ğzünü xoşbəxt sanır. jurnalistlərə açıqlamasında deyib. Birinci Paralimpiadada bürünc medal əldə edən idmancımız bu dəfə bunu qızılla əvəzləyib.

Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycan

Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Əlbəttə ki, qazandığımız tarixi Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırır. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. "Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun" - deyən dövlət başçısı bildirib ki, məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı".

Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz" – deyən Prezident bildirib ki, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər