PDF Oxu

Siyasət

  • 3 205

Tam suverenliyimizin tarixi salnaməsi ŞƏRH

Tam suverenliyimizin tarixi salnaməsi ŞƏRH

2023-cü il 19-20 sentyabr tarixli antiterror əməliyyatını yada saldıqda aradan ötən bir il bu əməliyyatdan öncəki şərait və səbəbləri, nəhayət əməliyyatdan sonrakı vəziyyəti yada salmağı tələb edir.

Birincisi uğurla tamamlanan İkinci Qarabağ müharibəsindən sonra əldə edilən qələbənin nəticələri, erməni separatçılarının cilovlanması və əzəli torpaqlarımızda dövlət bayrağımızın əzəmətlə dalğalanmasından sonra Ermənistan rəhbərliyinin problemin həllinin öz daxilində saxtarlaşdırılması cəhdi həmin dövrdə pozitiv mahiyyət daşımaqla postmünaqişə mərhələsini yeni reallıqlara istinadən formuləetmə cəhdi olaraq dəyərləndirilə bilər. Lakin onlar ipə-sapa yatmaq istəmədilər. 30 illik münaqişədən əldə etdikləri qənimətləri itirməklə bərabər, eləcə də Ermənistanda xalqın onlardan hesab soracaqlarından da ehtiyat edirdilər. Bu narahatçılıqların nəticəsi olaraq yeni arxa əldə etmək niyyətlərini 20 sentyabr 2023-cü ildə, saat 13:00-da uğurla başa çatan lokal xarakterli antiterror əməliyyatı gözlərində qoydu. Belə ki, 10 noyabr 2020-ci il Rusiya, Ermənistan və Azərbaycanın müştərək imzalanmış sülh bəyanatı yeni tarixi mərhələnin əsasını qoydu. Cəmi 23 saat 43 dəqiqəyə ağ bayraq qaldırıldı. Ermənistandan təşkil edilmiş təxribatlar yerindəcə məhv edildi, yəni ön xəttlərdə və dərinlikdə olan mövqeləri yüksək dəqiqliyə malik silahlarla sıradan çıxarıldı.

Hər şeydən əvvəl bu, 44 günlük Vətən müharibəsində ağır relyef şəraitində zəfər salnaməsini yazan ordumuzun peşəkarlığının göstəricisi idi. O cümlədən əməliyyat zonasında mülki şəxslərin Ermənistan silahlı birləşmələri ilə hər hansı mümkün əlaqəsini kəsməklə onları qırğından qorumaq idi.

Rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı bir daha onun əhaliyə qarşı yox, separatizmə qarşı haqlı mübarizəsinin humanist mahiyyətini ifadə edirdi. Beləliklə də lokal antiterror əməliyyatı zamanı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini müdafiəsi təşkil olunmuşdur. Bütün yaş qruplarından ibarət olan əhaliyə, həmçinin xəstələrəvə fiziki imkanları məhdud şəxslərə yardım göstərilmiş, onlara dinc həyata qayıtmaları üçün hər cür dəstəyin göstərilməsində ciddi addimlar atılmışdır. Bundan əlavə, illərdir onları girov kimi saxlayanların təhriki ilə Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq yalan vədlərlə tərk etməyə başlayanda, yəni erməni əhalisinin reinteqrasiyası ilə bağlı Yevlaxda başlanan görüşdən sonra danışıqları dayandıranda da onlara regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.

İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror əməliyyatı nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən bəyanatı ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın əmin-amanlığa qovuşması üçün həyata keçirdiyi siyasəti, o cümlədən verdiyi qətiyyətli hərbi əmri dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini nümayiş etdirdilər.

Hər zaman olduğu kimi Qərbi Azərbaycan İcması bu prosesdə də özünün fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı öz bəyanatında kəskin şəkildə qınayan İcma eləcə də Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir. Beləliklə, seçim onlarındır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər