2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Qarabağda vəziyyət gərgin olaraq qalırdı. Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutan bəyannamənin imzalanmasına və regionun reinteqrasiyası prosesinin başlanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Qarabağda qalmaqda davam edərək, davamlı sülhün bərqərar olmasını çətinləşdirməyə çalışırdılar. Görünür, erməni tərəfi diplomatik danışıqlarda hərbi mövcudluğundan təzyiq aləti kimi istifadə etməyə çalışıb. Qeyri-qanuni qoşunlarının bölgədə uzun müddət mövcudluğu elə bir vəziyyətin formalaşmasına gətirib çıxardı ki, bu qüvvələrin Ermənistan hakimiyyətinin iradəsinin girovuna çevrilməsi, Azərbaycanla konstruktiv dialoqun başlanmasına mane olurdu.
Bölgədə qeyri-qanuni erməni birləşmələrinin olması mühüm təhlükələrlə müşayiət olunurdu. Təxribatlar niyyətli bu birləşmələr əraziləri minalayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti-quruculuq işlərinin aparılmasına maneələrlə, mülki əhalinin və hərbçilərin həlak olması ilə nəticələnirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursata, o cümlədən tanklara, zirehli texnikaya və raket komplekslərinə malik olan qanunsuz erməni silahlı birləşmələrinin 10 minə yaxın üzvü olub.
2023-cü il sentyabrın 18-də faciəli hadisə baş verdi. Asfalt yola mina qoyuldu və bu terror aktı nəticədə 7 Azərbaycan polisi və bir mülki şəxs həlak oldu. Son illərdə bu cür əməllər nəticəsində 61 azərbaycanlı həlak olub, 253 nəfər yaralanıb.
Artan təhlükə və təxribatlara cavab olaraq, Azərbaycan ordusu 2023-cü il sentyabrın 19-da Qarabağda konstitusiya nizamının bərpası üçün lokal antiterror əməliyyatına başladı. Əməliyyat diqqətlə planlaşdırılıb və rekord müddətdə - 24 saatdan az müddətdə həyata keçirilib. Əməliyyatın məqsədi mülki şəxslər deyil, regionda asayişin bərpasına və sabitliyə mane olan qanunsuz silahlı birləşmələrin məhvi, o cümlədən mina terroru və digər üsullarla tikinti işlərinin ləngiməsi və bölgədə normal həyatı pozanların məhv edilməsi olub.
Rəsmi mənbələrə görə, əməliyyatın ilk günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox mövqesi Azərbaycan Ordusunun nəzarətinə keçib. 20-dən çox hərbi texnika, 40-dan çox silah, 30-dan çox minaatan, 2 zenit-raket kompleksi, o cümlədən 6-dan çox “Martyra” radioelektron stansiyası məhv edilib. Bu hərəkətlər hərbi təhlükəni əhəmiyyətli dərəcədə azaltmağa və ərazinin əsas ərazilərinə nəzarəti bərpa etməyə imkan verdi.
Döyüşlərə paralel olaraq, Azərbaycanın Prezident Administrasiyası Qarabağın erməni nümayəndələrini regionun reinteqrasiyası prosesini müzakirə etmək üçün görüşə dəvət edib. Azərbaycan antiterror əməliyyatına son qoymaq üçün üç əsas şərt irəli sürürlürdü: tərksilah və bütün hərbi birləşmələrin təslim olması, Qarabağda “prezidentlik”, “parlament” və “nazirliklər” kimi qeyri-qanuni strukturların ləğvi.
Antiterror əməliyyatı başa çatdıqdan sonra 20 sentyabr 2023-cü il saat 13:00-da tam atəşkəs haqqında razılıq əldə olunub. Ermənistanın bütün qoşunları və qeyri-qanuni birləşmələri silahı yerə qoyub mövqelərini tərk etdilər ki, bu da Azərbaycanın Qarabağda tam suverenliyini bərpası ilə nəticələndi.
Azərbaycan tərəfi ənənəvi qaydada dinc münasibətlərin tərəfdarı olaraq, diplomatik səylərin davam etdirdiyini göstərdi və Ermənistan nümayəndələrini regionun reinteqrasiyasını müzakirə etmək üçün dəvət etdi. Yevlax şəhərində aparılmış danışıqlar nəticəsində separatçı rejimin ləğvi və Qarabağın erməni əhalisinin reinteqrasiyası məsələləri müzakirə edilmişdir. Erməni sakinlərinin bölgədə qalmaq və ya tərk etmək kimi könüllü seçiminə də şərait yaradılıb.
Qarabağda qeyri-qanuni xunta rejimi məhv edilərək, əsas separatçı liderlər həbs edildi. Bu hadisə xalqımızın Ali Baş Komandan İlham Əliyevə sarsılmaz inamını daha da artırdı, şəhidlərimizin ruhunu bir daha şad edərək, qanlarını yerdə qoymadı.
Azərbaycanın zəfərli tarixi - üçrəngli bayrağın Xankəndində, Xocalıda, Ağdərdə, Xocevənddə, Əsgəranda dalğalanması və ərazi bütövlüyünün tam bərpası ilə başa çatıb. Dövlətimiz bu dəfə də dünya ictimayyətinə nümayiş etdirdi ki, Azərbaycan sülh tərəfdarıdır, amma buna baxmayaraq, regionda hər hansı bir terror təhlükəsi cavabsız qalmayacaq.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü