PDF Oxu

Siyasət

  • 1 664

Frank Şveber səlib yürüşlərinin ideoloqu olmağa can atır ANALİZ

Frank Şveber səlib yürüşlərinin ideoloqu olmağa can atır ANALİZ

Qərbin və ABŞ-ın qaranlıq dairələri ciddi narahatlıq keçirir. Nədən ki, Ermənistanın çöküşü fonunda Azərbaycan regionun hərbi, siyasi, diplomatik cəhətdən qüdrətli dövlətinə çevrilib. Ən önəmlisi isə Azərbaycan regionda sabitlik adası olaraq tanınır və qəbul edilir. Faktlar, araşdırmalar, gedən proseslərdə təsdiq edir ki, bölgənin yeganə sabit, təhlükəsiz dövləti Azərbaycandır. Digər region dövlətlərində isə vətəndaş qarşıdurması və ya dövlətlərarası müharibələr baş verir. Gözlənildiyi kimi böyük gücləri Azərbaycanın sülh və əmin-amanlıq içərisində, həm də qalib dövlət olaraq yaşamasından ciddi narahatlıq keçirirlər. Ona görə də, üzdə bir-birinə rəqib olan ölkələr və ya qurumlar Azərbaycana qarşı qərəzli fəaliyyətdə eyni maraqları bölüşür və fəaliyyət göstərirlər. Hətta Rusiya-Ukrayna müharibəsinə görə ABŞ və Qərb rəsmi Moskvaya qarşı birləşsələr də Azərbaycanın uğurlarına kölgə salmaq, sabitliyinə xələl gətirmək üçün birgə hərəkət edirlər. Üzdə Rusiya Ermənistanla münaqişəli vəziyyətdə olduğu görüntüsü yaratmağa çalışsa da, əməli fəaliyyətdə Paşinyanın maraqlarına hesablanan addımlar atır. Xüsusilə Qərb, ABŞ və Rusiya ardıcıl olaraq Ermənistanı silahla təchiz edirlər. Bu faktlar Rusiya və Qərbin riyakarlığıdır. Rusiyanın Ermənistana silahların verilməsi, Azərbaycana isə Ukrayna bəhanəsi ilə verməməsi təəccüb doğurmaya bilməz. Bu isə onu deməyə əsas verir ki, bu qüvvələrin regionda sülhün və təhlükəsizliyin bərqərar olmasından narahatdırlar. Çalışırlar ki, Ermənistanın müxtəlif zir-zibildən ibarət olan silahla təmin etməklə bölgədə növbəti münaqişə yaratsınlar. Necə ki, artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk Qrupunun mövcudluğu dönəmində Qərb və Rusiya ermənilərin maraqlarını qoruyurdular, elə indi də həmin siyasət davam edir.

Tarixdə olduğu kimi xaç yürüşləri bu dəfə Avropanı məhv edə bilər

Qərbin anormal siyasət bir daha onu deməyə əsas verir ki, xristian dünyasının türk-müsəlman ölkələrinə olan tarixi düşmənçiliyi min illərdir ki, dəyişməz olaraq qalır. Belə iyrənc fəaliyyətin adı isə “səlib yürüş”ləridir. Məlum faktdır ki, 1096-1099-cu illər başlayan səlib yürüşləri 1270-ci ilə qədər 8 uğursuz yürüşləri ilə davam etmişdir. Xristianlığın yayılması və yeni torpaqlar (eyni siyasət bu gün də təkrar olunur - İ.Ə.) işğal etmək xəyalı ilə yürüşlərə başlayan səlibçilər sonda məhv edilmiş, ordularından, bəzi hallarda isə dövlətlərindən məhrum olmuşlar. Səlib yürüşünün başlaması zamanı yaşanan eyforiyanın şahidi olmuş abbat Nojanlı Qvibert vəziyyəti aşağıdakı sözlərlə təsvir edir. “Klermon şurası bitdikdən sonra Fransanın bütün əyalətlərində onun haqqında böyük xəbər yayıldı. Papanın sözləri haqqında eşidən hamı, öz qonşularını və qohumlarını xəbərdar etməyə yollanırdı və onları Allahın yoluna daxil olmağa səfərə çıxmağa çağırırdı ......Artıq qrafların istəkləri aşıb-daşırdı. Cəngavərlər yalnız yürüş haqda düşünürdü. O zaman kasıblar da bütün əmlaklarını qiymətsiz, demək olar ki, havayı satmağa başladılar, dünən heç hara getmək istəməyənlər, artıq bir gündən sonra digərləri ilə bərabər yola düşürdü.... ....Müharibə və səfər fikri ilə alışıb yanan qocalar, uşaqlar haqda nə demək olar. Hamı müharibəni salamlayır, hamı müqəddəslik arzusundadır”. Nojanlı Qvibert də qeyd etdiyi kimi, Papanın çağırışına və imperiya cəlladlarının şirnikləndirici vədlərinə aldanan yüz minlərlə bədbəxt xristian Asiyaya yürüşlərə çıxmışlar. Lakin bir daha yurdlarına qayıtmamışlar. Çünki onlar böyük Türk-müsəlman fatehlərinin ordularının qılıncından keçirilərək məhv edilmişlər. Görünür, tarixin ağır, acı nəticələri xristian dünyası üçün dərs olmayıb. Bu gün də başqa formada xaç yürüşlərini təşkil etməklə türk-müsəlman ölkələrinə zərər vurmağa ümid edirlər.

Nasizmin bərpa edilməsi təsadüfi hesab edilə bilməz

Səlibçilərin fəallaşması fonunda bəzi məkrli dairələrin əsas hədəfləri daha çox güclü, qüdrətli, sabit müsəlman dövlətləridir. Xüsusilə də, yuxarıda qeyd etdiyim kimi, səlibçilər regionun aparıcı lider dövləti olan Azərbaycana qarşı qərəz nümayiş etdirirlər. Məkrli dairələr gah Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışır, gah ittihamlar irəli sürür, gah da haqqında şər və böhtanlar tirajlayırlar. Almaniyada nasist partiyasının əsas təşkilatçılarından olan Bundenstaqın deputatı Frank Şveber isə bir qədər də dərinə gedərək Azərbaycanla bağlı əxlaqına və mənəviyyatına xas olan ifadələr səsləndirir. Düzdür, onu Azərbaycan qarşı ittihamçı rolunda çıxış etməyə səlibçilərin və nasistlərin dərnəyi məcbur edir, ancaq bu məsələdə erməni lobbisinin də rolu olduğu şübhəsizdir. Yəni, birincilərin tapşırıqlarını əqidəsinə uyğun yerinə yetirirsə, ikincilərin tələbini maddi maraqlarının təmin olunması üçün icra edir. Bu da onu deməyə əsas verir ki, F.Şveber o qədər də axmaq və kütbeyin deyil ki, mənafeyinə uyğun olmadığı halda erməni lobbisinin tələbini yerinə yetirsin. Məhz maraqları təmin olduğu üçün Azərbaycanın torpaqlarını işğaldan azad edilməsini, eləcə də Qarabağda qazandığı böyük Zəfərini həzm edə bilmir və hər cür sərsəm iddiaları ilə ermənilərə yarınmağa çalışır. Deyir ki, Azərbaycan guya Qarabağdan erməni sakinlərini zorla çıxarıb. Oxuculardan dönə-dönə üzr istəyirəm. İmkan ola və onunla üzbəüz dayanıb, deyəsən, “yalançının ...”. Sonra da əlavə edəsən ki, ay səni filan-filan olmuş şudə, əlində bir faktın belə olmadığı halda nədən qalib Azərbaycan dövlətinə şər atırsan? 44 günlük Vətən Müharibəsindən sonra bölgəyə səfər edən BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri belə bir faktın olmadığını açıqlayıblar. Digər rüsvayçı “səbəb” isə müxtəlif cinayətlər törədən və buna görə saxlanılan, lakin barələrində məhkəmə qərarı olmayan şəxslərin “siyasi məhbus” adlandırılmasıdır. Halbuki “siyasi məhbus” kimlərə şamil edildiyini heç avropalı deputatların özləri belə bilmirlər. Anladıqları yalnız Azərbaycanın möhtəşəm azad, demokratik cəmiyyət quruculuğuna kölgə salmaq və Ermənistan üzərində parlaq hərbi, siyasi, diplomatik qələbəsini zərər vurmağa çalışmadır. Lakin anlamırlar hansı yol tutmalarından asılı olmayaraq Azərbaycan zəfər yolundan dönməyəcək və bu yolu Azərbaycan dövləti durduqca davam etdirəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər