Siyasət

  • 926

YAP Xətai rayon təşkilatı 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsi elan edir

image

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi gələcəyimiz olan gənclərin hərtərəfli yetişməsində müəllim əməyinin rolunu, 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin daha da möhkəmlənməsini təbliğ etmək, məktəblilərin müəllimlərə istək və arzularını inşa yazı formasında çatdırmasını təmin etməkdir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər inşa yazılarını 2024-cü il sentyabr ayının 16-dan 30-dək YAP Xətai rayon təşkilatına təqdim edə bilərlər.
İnşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər xəbərlər