Siyasət

  • 1 108

"İndi Qarabağ rahat nəfəs alır" - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Qarabağda keçirilən anti-terror tədbirləri Azərbaycan ərazisində uzun illərdir davam edən erməni separatizminə son qoydu, bununla ölkə ərazisində separatizmin kökü kəsildi. Azərbaycan dövləti 44 günlük vətən müharibəsində Qarabağ ərazisində erməni mülki əhalisinə zərər dəyməməsi üçün Xankəndi və ətraf ərazilərdə hərbi əməliyyatlar aparmadı, bununla orada məskunlaşmış qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilməsinə, kənar yerlərdən Azərbaycan ərazisinə sonradan yerləşdirilmiş silahli erməni dəstələrinin, terrorçuların ərazini tərk etməsini tələb etdi. Lakin orada bir qrup cinayətkar xunta, separatçı rejim, Vardanyan kimi dələduzlar orada daha da möhkəmlənmək, hansısa dövlətin qurulmasından dəm vurmağa başladılar, Azərbaycan torpaqlarını talan edərək ətraf mühitimizə zərər vururdular, bu isə vəziyyəti dözülməz həddə çatdırdı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib. O bildirib ki, Şuşa-Laçın yolunda sivil etiraz aksiyaları fondunda anti-terror tədbirinə zərurət yetişdi: “Azərbaycan ordusu çox peşəkar əməliyyat keçirərək qanunsuz silahlı dəstələri, onların başçılarını həbs və tərki-silah etdi, bu Azərbaycan ərazisində uzun illər kök salmış bir separatçı yuvanın, qara yaranın nəhayət kökündən kəsilib atılması, Qarabağımızın rahat nəfəs almasına rəvac verdi. Bu tədbir olmadan biz Qarabağda tam təhlükəsizlik və rifahdan danışa bilməzdik, üstəlik Azərbaycan dövlətinin humanistliyi erməni əhaliyə toxunmamaq olmuşdur.Anti-terror tədbiri Azərbaycan tarixi üçün çox önəmli bir addım, ermənilərin Azərbaycan ərazisində yaratdığı separatizmi kökündən qurutmağa hesablanmış bir əməliyyat idi ki, bununla ermənilərin Azərbaycan ərazisi daxilində hər hansı təxribat törətmək imkanı qalmadı. Bu Azərbaycan dövlətinin hərbi qüdrəti və cəsarətli addımı idi, doğrudur bu əməliyyat nəticəsində qərəzli dairələrdən Azərbaycana qarşı hücumlar oldu, lakin Azərbaycan informasiya cəbhəsində də bunu uğurla dəf etdi. İndi Qarabağ rahat nəfəs alır, Azərbaycan əhalisi rahat şəkildə Qarabağ ərazisində hərəkət edir, Qarabağ bu gün tam təhlükəsizdir və bütün kommunikasiya nəqliyyat qovşaqları açılır. Anti-terror əməliyyatından əvvəl bunu söyləmək çətin olardı, ona görə cənab Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında baş tutan bu tədbirin çox böyük tarixi-siyasi əhəmiyyəti vardır, bununla Azərbaycan öz ərazisində qeyri-qanuni hərbi qruplaşmaların olmayacağını, erməni separatizminə ərazisində yol verməyəcəyini namayiş etdirərək tarixi ədaləti bərpa etdi. İndi Azərbaycan ərazisi və sərhədləri tam və bütöv şəkildə qorunur və müdafiə olunur”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər