Siyasət

  • 306

Peşəkar ordu ŞƏRH

image

Azərbaycanda müasir və qüdrətli ordu quruculuğu, hərbi kadr potensialının gücləndirilməsi də sözsüz ki, Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı zəfərdən sonra Azərbaycan dünya ölkələri arasında öz mövqeyini daha da möhkəmləndirdi. Ölkə başçısının həyata keçirdiyi müstəqil siyasətin nəticəsidir ki, dövlətimiz bu gün davamlı olaraq inkişaf edir, güclənir, yeni – yeni uğurlara imza atır.

Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, taleyüklü məsələlərinin həlli naminə göstərdiyi xidmətlərin alternativi yoxdur. SSRİ miqyasında heç bir müttəfiq respublikada olmayan, heç bir dövlət başçısının cəsarət etməyəcəyi təşəbbüsü ilə hələ o illərdə sayılıb-seçilən Ulu Öndər Heydər Əliyev həmkarlarından fərqlənirdi. Hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə həyata keçirən müdrik şəxsiyyətin adı sağlığında belə əbədiləşmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla uzaqgörən siyasətçi olduğunu təsdiqləyən Ulu Öndər ordu quruculuğu istiqamətində apardığı siyasəti, milli kadrların yetişdirilməsi istəyini sonrakı illərdə daha geniş miqyasda davam etdirdi. Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları arasında yer almasıdır. Həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlar da yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz tarixinin yeni və yüksəlişə doğru gedən şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş bütün sahələri əhatə edir.

Ölkəmizdə ordu quruculuğu istiqamətində islahatlar bu gün də davam etdirilir. Sərhədlərimiz etibarlı əllərdədir. Ən əsası isə cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Prezident İlham Əliyevin «Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır. Prezident Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək» sözləri, eyni zamanda, Ali Baş Komandanın Vətənimizin varlığını, müstəqilliyimizi, sərhədlərimizi əmanət etdiyimiz hərbçilərimizə inamının, etimadının ifadəsidir.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Digər xəbərlər