Siyasət

  • 805

“Azərbaycanın gücünü həzm etməyən dairələr aqressivləşir” - ŞƏRH OLUNDU

image

“Qərb faktiki olaraq Azərbaycandakı ictimai sabitliyi həzm edə bilmir. Ölkəmiz əleyhinə yönələn kampaniyalar, Qərbin Azərbaycana qarşı həyata keçirdiyi dezinformasiya siyasəti göstərir ki, xüsusilə COP29 ərəfəsində ölkəmizin artan nüfuzunu həzm etməyən Qərb dairələri aranı qarışdırmaq üçün yeni üsullar axtarırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Qərb Azərbaycana qarşı dezinformasiyaların sayını artırır, həm də qəbuledilməz və haqsız şəkildə Azərbaycanı ənənəvi olaraq demokratiya, insan haqları və başqa anlayışları bəhanə edərək öz aləmlərində sıxışdırmağa çalışırlar: “Amma təbii ki, bunların heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün Azərbaycan güc faktorudur və regionda reallıqları diktə edən, əsas məsələlər üzrə hərəkəti təmin edən dövlət məhz Azərbaycandır.Ölkəmizin qazandığı uğurlar fonunda bu gün Azərbaycanın gücünü həzm etməyən, imperialistlər öz V kalonunun sıradan çıxdığını gördüyü üçün daha da aqressivləşib. Buna görə də beynəlxalq erməni şəbəkələri və bəzi dairələrdən istifadə edərək Azərbaycana qarşı böhtan və şantaj kampaniyaları həyata keçirildiyini görürük. Bu təbii ki, bizim öyrəşdiyimiz Qərb riyakarlığı və ikiüzlülüyünün nümunəsidir. Bu gün Azərbaycanın Mərkəzi və Cənub-Şərqi Avropa ilə çox yaxşı münasibətləri mövcuddur. Amma başda Fransa, Niderland kimi ölkələr dayanmaqla bu qəbildən olan ölkələrin Azərbaycanın uğurlarını həzm etmədiyini və bizə qarşı dezinformasiya hücumlarının sayını çoxaltdığını müşahidə edirik”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər