Siyasət

  • 745

"Antiterror əməliyyatları Zəfərin və qalibiyyətin davam etməsi idi" - ŞƏRH EDİLDİ

image

"19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları Vətən müharibəsinin məntiqi davamıdır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, antiterror əməliyyatları Zəfərin və qalibiyyətin davam etməsi idi: "İkincisi siyasi baxımdan dövlət rəhbərinin separatizmin kökünü kəsməklə bağlı yürütdüyü siyasətin məntiqi sonluğu idi.Üçüncüsü, 19-20 sentyabr antiterror əməliyyatları daxildə 30 ildən artıq davam edən, amma əslində siyasi baxımdan yüz ilə yaxın tarixi olan erməni separatizminə endirilmiş ağır zərbə idi.Dördüncüsü, "beynəlxalq hüquqda daxili separatizmlə necə davranılmalıdır?" sualına ən gözəl cavab idi.Beşincisi, bu sonrakı fəaliyyət istiqamətlərini müəyyən etdi. Prosesdən az sonra beş il müddətinə Qarabağda yerləşdirilmiş rus sülhməramlılarının faktiki fəaliyyət əsası olan erməni separatçılarının bölgədən çıxması ilə boşluğa düşmələri və bölgəni tərk etmələri oldu.Başqa bir formada 19-20 sentyabr şübhə yoxdur ki, "Böyük Qayıdış"da çox önəmli, yeni mərhələ başlatmış oldu. Bunun da sayəsində o bölgələrə aid olan azərbaycanlıların geri qayıdışını şərtləndirdi. Şübhəsiz, bu gedişat bizim beynəlxalq aləmdə də güclü hörmətimizin olmasını bir daha xatırlatdı. Həm də erməni lobbisi, erməni diasporunun formalaşdırdığı anti-Azərbaycan cəbhəsi ilə toqquşub ona qalib gəlməyimizə səbəb oldu".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər