Müdriklərin bildirdiyinə görə, tarix sonradan qiymətləndirilmək və interpretasiya olunmaq üçün ən böyük, əvəzsiz hadisələr toplusudur.
Antiterror Əməliyyatını zəruri edən səbəblər.İkinci Qarabağ savaşı zaman baxımından cəmi 44 gün çəkdi. Bu bir ayyarımlıq Vətən müharibəsinin nəticələri regionda yeni gerçəkliklər, yeni reallıqlar yaratdı. Bu reallığın nəzəri tərəflərinə diqqət etdikdə görürük ki, Azərbaycanın 30 ildən artıq sülh çağırışlarına məhəl qoymayan bəzi regional və qlobal güclər Ermənistan-Azərbaycan münaqişəsinin müharibə yolu ilə Azərbaycanın xeyrinə başa çatacağını qətiyyən gözləmirdilər. Bu müharibənin, səmimi deyək ki, sədası dünya miqyasında şok effekti yaratdı. Azərbaycan Ordusu Ermənistandan fərqli olaraq Ali Baş Komandanın rəhbərliyi ilə ədalətli müharibə anlayışında yeni humanizm meyarları yaratdı. Lakin sonrakı proseslər sübut etdi ki, postmüharibə dövrünün yaratdığı çağırışları dəstəkləmək əvəzinə Ermənistan başqa daha təhlükəli yol tutdu. Həmin dövrdə prosesin inkişafı göstərirdi ki, üçtərəfli Bəyanatı imzalamasına baxmayaraq Ermənistan və Qarabağda mövcud olan terrorçu rejimin reallığı dərk etmək üçün ictimai-siyasi-tarixi təfəkkürü yetərli deyildir və onlar öz keçmiş havadarlarının xeyir-duası ilə yenidən revanşa cəhd etməklə öz sonlarını yaxınlaşdırır.
Məsələ onunla bağlı idi ki, Ermənistan hərbi əməliyyatlar nəticəsində məğlub olaraq 10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya liderləri ilə birlikdə imzalanan üçtərəfli bəyanata imza atsa da, sonradan aşıq-aşkar bir tərəfdən revanşizmə meyl edir, imkan düşdükcə atəşi pozur, yenə də əvvəlki kimi kütləvi şəkildə Azərbaycan ərazilərini minalayır, bununla bərabər digər tərəfdən də sülhün tərafdarı kimi çıxışları ilə həm Azərbaycanın sülh təşəbbüslərini uzadır, həm də beynəlxalq səviyyədə, bir növ sülhün imitasiyası ilə məşğul olmağı öz yarıtmaz siyasətinin hədəfinə çevirirdi. Yeri gəlmişkən burada vacib bir məqamı qeyd etmək lazımdır, Ermənistan tərəfi müharibənin üzərindən 4 il, bir günlük antiterror əməliyyatının üzərindən bir il keçməsinə baxmayaraq hələ də “sülhün imitasiyası” siyasətini davam etdirir, əvəzində bölgəni yenidən “barıt çəlləyinə” çevirmək üçün müxtəlif ölkələrdən silahlar alır.Bu siyasət postmüharibə dövründə daha xarakterik hal aldığından,həmin üç illik dövrdə şübhəsiz Qondarma rejimi (resursları darmadağın olduğundan) açıq şəkildə olmasa da, gizli olaraq yenidən Azərbaycana qarşı əməliyyatlara həvəsləndirməkdə idi. Məsələn, digər təkzibedilməz bir faktı qeyd edək: Bu məqsədyönlü məkrli siyasətin nəticəsidir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar kütləvi olaraq həm təmas nöqtələrində, həm də terrorçuların müharibədən sonra sızdığı bəzi ərazilərdə aşkar olunmağa başlamışdı. Eyni zamanda həmin proseslərin dinamikasının analizi göstərirdi ki, qondarma rejimin qətiyyən öz yolundan dönmək fikri yoxdur və reinteqrasiya prosesinə ümumiyyətlə terrorçu rejim müharibə etmək üçün vaxt qazanmaq prosesi kimi baxır. Halbuki, antiterror əməliyyatları olmaya bilərdi və Azərbaycanın siyasi rəhbərliyi öz çıxışlarında bu barədə dəfələrlə bildirmişdir. Ancaq fakt faktlığnda qalır, Azərbaycan öz ərazilərində terrorizm və seperatizmin kökünü kəsmək üçün istər sülh yolu ilə, istərsə də zərurət yaranarsa, hərb yolu iləbunu edəcəkdi.Aydın görünür ki, həmin dövrdə öz mifoloji keçmiş arzularından əl çəkə bilməyən erməni ideoloqları yeni reallığı anlamadı və təxribatları az qala hər gün davam etdirməklə Azərbaycanı çıxılmaz vəziyyətə saldı. Ancaq münaqişənin 30illik tarixindən də hər kəsə yaxşı bəlli idi ki, Azərbaycan həmişə haqq yolda olmuşdur və bu legitimlik ona öz ərazilərini terroristlərdən təmizləməkdə fundamental əsas yaradır. Burada yalnız BMT-nin dörd qətnaməsini xatırlatmaq kifayət edər.Üstəlik Suverenliyin bərpası bir növ tarixi missiya kimi Azərbaycanın qarşısında idi. Belə ki, əgər Vətən müharibəsində Ali Baş Komandan rəhbərliyi altında irəliləyən qəhrəman Azərbaycan Ordusuna humanizm və sülh prinsipindən çıxış edərək, 2020-ci ilin Noyabrın 10 da “dayan” əmri verilməsəydi həmin dövrdə əsgərlərimiz Xankəndi də daxil olmaqla bütün dünyanın gözü qarşısında Qarabağı separatçılardan tamamilə təmizləyəcək və Suverenliyi bərba edəcəkdi. Ancaq bura da bir məsələni qeyd etməyi vacib hesab edirk. Qərb müdriklərindən bir gözəl qeyd edib, “böyük olmaq böyük düşünməkdən başlanır”, böyük strategiyaları isə məhz böyük Liderlər yarada bilər.Fakt budur ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strategiyada və hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun hədəflərində müharibə, qan-qada, zorakılıq üsulları olmadığından, həmin dövr son anda humanizm prinsiplərinə sədaqət bir daha nümayiş etdirildiyindən Azərbaycan bu addımı atmadı. Şübhəsiz həmin dövrdə çoxları bu hərbi-siyasi strategiyanı anlamasa da, bir günlük antiterror əməliyyatının nəticələri göstərdi ki, həqiqətən də böyük hədəflərə çatmaq üçün məhz böyük ideyalar və strategiyalar lazımdır. Dünya ictimaiyyəti də gözəl bilir ki, antitrrror hadisəsi göydəndüşmə hadisə deyildir, bu Azərbaycanın terror və separatizmə qarşı həyata keçirdiyi cavab reaksiyasıdır, bu əməliyyatda Qarabağda yerləşdirilmiş erməni mülki əhalidən bir nəfərin də zərər çəkməməsi və onlara olunan yardımlar hətta qərbin özündə təəccüblə qarşılandı.
Məqalənin sonunda onu da bildirək ki, Suverenliyin bərpa olunması Azərbaycanın son 30 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir, bu baxımdan istər İkinci Qarabağ savaşının, istərsə antiterror əməliyyatın nəticəsi olaraq region böyük sülhün gəlməsini hazırda səbirsizliklə gözləyir. Lakin müşahidələr onu göstərir ki, bu işo qədər də asan deyildir və bir sıra qərb dövlətlərinin oyuncağına çevirilməkdə olan Ermənistanın “sülh oyunu” ona görə də hələ uzun müddət davam edə bilər. Lakin Azərbaycan indi faktiki regionun lider dövlətidir və onun siyasi rəhbərliyi bütün təhddləri dəf etmək iqtidarında olduğundan əksər siyasi analitiklər bildirirlər ki, bölgəyə sülh mütləq gələcəkdir. Hər halda Ermənistan və onu silahlandırmağa cəhd edən tərəflər bu strategiyanı dərk etməlidirlər: Azərbaycan regional təşbbüslərin, sülh və təhlükəsizliklərin başlıca aktorudur, onunla hesablaşmaq vacibdirQarabağda həyata keçirilən böyük quruculuq işi bu quruculuq təşəbbüslərinin praktiki nümunəsidir.
Şölət Zeynalov
YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent