Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış olmaqla, beynəlxalq terrorizmin geniş qanadı və şəbəkəsidir. XX əsrin 80-ci illərində ABŞ-də nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində ilk dəfə rəsmən “erməni terrorizmi” ifadəsi işlədilmişdir. Əslində terrorizmin ən təhlükəli növü millətçilərin sistematik təhdid və fərdi intiqam aktlarıdır ki, bu da ermənilər tərəfindən “türk düşmənçiliyi” olaraq təzahür etmişdir.1915-ci ildən qondarma “erməni soyqırımı” ilə vüsət alan erməni terror təşkilatlarının fəallığı 1988-ci ildən Azərbaycan xalqına qarşı soyqırımların başlanması ilə davam etdi. Nəticədə minlərlə azərbaycanlı məhv edildi, tarixi Azərbaycan torpaqları terrorçu qüvvələrin əlinə keçdi. Erməni lobbisinin maliyyə dəstəyi ilə bu mənfur qruplaşmalar XX əsrin ən böyük qətliamlarından birini – Xocalı soyqırımını törətdilər.
Azərbaycan Respublikası ağır böhran illərinin ardından ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu. Bütün addımlar, bütün layihələr, bütün uğurlar bir hədəfə kökləndi – Qarabağı geri almaq. İllər öncə Prezident cənab İlham Əliyevin müsahibələrin birində söylədiyi kimi, - “Qarabağın azad edilməsinə şübhə yoxdur. Bunun iki yolu var. Ya barış-sülh yolu ilə, ya da müharibə.” Bu inam, bu qətiyyət bütöv bir xalqın iradəsinin onun lideri tərəfindən ifadəsi idi. Vaxt, zaman yetişdi. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Qarabağı düşməndən azad etdi. Üçtərəfli 10 noyabr Bəyannaməsi ilə Ermənistanın kapitulyasiyası başladı.
Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Halbuki Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etmişdi.Lakin heç bir kompramisə yanaşmayan Ermənistanın himayədarlıq etdiyi erməni terror qruplaşmalarını Azərbaycan Ordusucəmi 23 saat 43 dəqiqə ərzində tərksilah etdi.
Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.
Leyla Hüseynova
YAP Yasamal rayonuAMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrəərazi partiya təşkilatının sədr müavini