Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də məhz tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin böyük etimad və hörmət sahibi olduğunu sübut edir. Azərbaycan bu beynəlxalq hörmətə məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nail olub. Prezident İlham Əliyev ötən il dekabrın 15-də keçirdiyi müşavirədə bu tədbirə Bakının evsahibliyi etməsi qərarının bütün dünya ölkələri tərəfindən dəstəkləndiyini, Azərbaycana növbəti dəfə böyük etimad göstərildiyini qeyd edərək bildirmişdir: «Biz buna layiqik, çünki uğurlu siyasi gedişlərimiz nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycana olan hörmət günbəgün artır. Bu, reallıqdır".
Prezident İlham Əliyev COP29-a hazırlıq işləri ilə bağlı çıxışnda da bildirib ki, bu tədbirə hazırlıq işləri ən vacib amildir: «Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik».
Cənab İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, hazırlıq yüksək səviyyədə təşkil olunacaq. Artıq bu gün ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.
Belə ki, sentyabrın 10-da Prezident İlham Əliyev cənablarının Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
Bəli, bu gün Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesi dövlət başçımızın həmişə diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyev keçirilən görüşlərdə COP29-a hazırlıq işləri ilə yanaşı böyük məsuliyyət tələb etdiyini bildirir. Dövlətimizin başçısı ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq bildiririb ki, son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt əstəyin göstəricisidir: «Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir».
Bəli, iki həftə keçirilən belə mötəbər tədbirə- COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqidir. Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında da bir daha hazırlıq işləri ilə bağlı bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib və əlavə edib ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur: «COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir və irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur». Bəli, həm də böyük məsuliyyət!
Azərbaycan daim iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən bu günədək təhlillərə, söylənilən rəylərə diqqət yetirdikdə Azərbaycana beynəlxalq baxışın olduqca yüksək səviyyədə olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında, səfərində diqqəti bu mötəbər tədbirə yönəldərək yeni körpülərin qurulacağını böyük əminliklə bildirir.
Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq…Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri