Siyasət

  • 1 062

“Azərbaycan ordusunun peşəkarlığı bir çox dövlətlər tərəfindən öyrənilir” - ŞƏRH OLUNDU

image

“27 sentyabr tarixi Qarabağ ətrafında və ümumilikdə regionda yeni reallıqların yaranmasının əsasını qoymuş bir tarixdir. Azərbaycan ordusunun əks həmləsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu, ermənilərin illərdir uydurduğu güclü erməni ordusu cəmi bir neçə ayın içində darmadağın edildi və rəşadətli Azərbaycan ordusunun peşəkarlığı bir çox dövlətlər tərəfindən hələ də öyrənilir. Məhz bu tarix nəticəsində Azərbaycan xalqı illərdir gözlədiyi torpaqlara geri qayıtma imkanı əldə edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib. O bildirib ki, 44 günlük müharibənin əsası məhz 27 sentyabr tarixində qoyuldu, daha sonra ordumuzun uğurlu antiterror tədbirləri erməni işğalının birdəfəlik kökünü kəsdi: “Azərbaycan ordusu çox qısa zaman kəsimində xalqımızın başına gətirilən müsibətlərin qisasını aldı, törədilən təxribatların yerindəcə cavabı verildi. Məhz bu tarix ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi, tariximizdə böyük bir dönüş nöqtəsi oldu. Yaranan bu yeni reallıq nəticəsində qarşımızdakı düşmən Azərbaycan ordusunun və dövlətinin gücünü görmüş oldu, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu.Torpaqlarımızın işğaldan azad olunması bölgədə yeni quruculuq və abadlıq işlərinin başlanmasına start verdi, indi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda çox geniş quruculuq işləri gedir, Qarabağ yenidən öz simasını bərpa edir, bütün obyektlərin açılışında Cənab Prezident şəxsən özü iştirak edir, işlərin görülməsinə nəzarət edir və göstərişlərini verir. Ölkə başçısının Qarabağa olan diqqəti bu məsələnin dövlət üçün prioritet olduğunu bir daha sübut edir. İşğal dövründə şəhərlərin tamamilə dağıdılması bərpa işlərinin çox geniş miqyas aldığını sübut edir. Görülən işlər xüsusi həssaslıqla, Qarabağın tarixinə və irsinə uyğun şəkildə həyata keçirilir. İnfrastruktur, yeni yollar salınır, artıq əhali öz yurduna məskunlaşmağa başlayıb. Xüsusən Ağdamda açılışı olan obyektlər böyük tarixi xarakter daşıyır və Qarabağın tarixi simasının bərpasına xidmət edir. Bütün bu məkanlar məskunlaşan əhalinin rahatlığına xidmət edəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər