Siyasət

  • 652

Makronun barbarlığı dünyanı dəhşətə gətirir TƏHLİL

image

Fransa xalqı hakimiyyətin yarıtmaz siyasətinə etiraz olaraq tarixinin növbəti inqilabına hazırlaşır

Dünyada elə dövlətlər var ki, onların rəhbərlərinin apardıqları pozucu və ikili siyasət nəinki regional xalqlara, o cümlədən beynəlxalq ictimaiyyətə zərər verir, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına təhdidlər yaradır. Bu sırada əsas yerləri ABŞ-ın, Fransanın, Almaniyanın, Fars-Molla rejiminin nəzarət etdiyi ərazilər, Niderlandın və digər ölkələrin, dövlət və hökumət başçılarının yer tutduqlarını demək olar. Çünki sözügedən dövlətlərin hər biri dünyada baş verən istənilən münaqişədə və müharibələrdə iştirak edirlər. Hətta bəzi hallarda həmin dövlətlər dövlətlərarası müharibələr yaradır və xalqlar arasında düşmənçilik toxumu səpirlər. Xüsusilə də, Fransanın tutduğu mövqe daha təhlükəli və amansızdır. Ona görə ki, bu dövlət iyirmi birinci əsr kosmos əsri olmasına baxmayaraq müstəmləkə siyasəti həyata keçir. Azadlığına, müstəqilliyinə can atan xalqları qəddarlıqla məhv edir, zərərsizləşdirməyə çalışır. Əlcəzairdə, Seneqalda, Madaqaskarda, Kamerunda, Ruanda, Çad və Mərakeş - bu ölkələrin hamısının tarixində Fransa öz qanlı izini qoyub. Fransanın Əlcəzairdə törədilən vəhşiliklərin izləri hələ də silinməyib. Sübuta yetirilən fakt ondan ibarətdir ki, Fransa Əlcəzairdən həm də kimyəvi silahların poliqonu olaraq istifadə edilib. Nəticədə on minlərlə insan sağlamlığını itirib, şikəst olub. 1960-cı ildə Əlcəzairin cənubundakı səhrada ilk fransız atom bombası partladılıb. Fransanın “Le Monde” qəzetinin yazdığına görə, yerli əhalinin sağlamlığına və ətraf mühitin çirklənməsinə nəzarət etmək öhdəliyi olmadan azı 16 yeraltı və atmosfer partlayışı baş verib. “Franceinfo”nun məlumatına görə, 1960-66-cı illər ərzində Əlcəzairdə ümumilikdə 57 nüvə təcrübəsi və sınaqları həyata keçirilib. Əlcəzair 1962-ci ildə müstəqillik qazandıqdan sonra belə Fransa bu ölkədə nüvə sınaqlarını davam etdirib. O dərəcə insanlıq hissini itirən dövlətdir ki, fəal əlcəzairlilərin sümüklərini Parisə gətirərək muzeylərdə sərgisini təşkil edir. Muzeydə 150 ildən artıqdır nümayiş etdirilən 24 kəllə arasında Zaatç mühasirəsi zamanı müqavimətə rəhbərlik edən Şeyx Buzian və Çerif Bubeqla kimi tanınan Məhəmməd Lamzad bin Abdelmalekin kəllələri də var. 2020-ci il martın 3-də Fransa Prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün Əlcəzairə qaytarılmasına razılıq verib. 2017-ci ildə seçki kampaniyası zamanı Fransa Prezidenti Emmanuel Makron Əlcəzairə səfər edib və yerli “Echourouk News” telekanalına müsahibəsində Fransanın Əlcəzairə qarşı müstəmləkəçiliyinin həqiqətən insanlığa qarşı cinayət olduğunu etiraf edib.

Fransa insanlığa düşmən kəsilən dövlətə çevrilib

Fransanın törətdiyi soyqırımılar sırasında ən dəhşətlisi Ruanda faciələridir. Bu ölkənin 800 min etnik tutsi Fransanın qətliamının qurbanı olub. BMT-nin məlumatına görə, tutsilərin məhv edilməsi bir neçə ay ərzində planlaşdırılıb. Yerli silahlı dəstələr yaradılıb, kütləvi təbliğat aparılıb, maçete-bıçaqlar alınaraq əhaliyə paylanılıb. Heç kimə - nə uşaqlara, nə qocalara, nə hamilə qadınlara mərhəmət edilməyib. Məktəblərə, kilsələrə qaçıb sağ qalmağa çalışanları da diri-diri yandırıblar və ya onların olduğu məkana qumbara atıblar. Fransa soyqırımı ərəfəsində Juvenal Habyariman hökumətinə kömək edib, sonradan tutsilərin kütləvi qətliamında iştirak edəcək strukturları hazırlayıb, həmçinin onları silahla təmin edib.

Bu gün də Fransanın vəhşiliyi müstəmləkə altında saxladığı xalqlar üzərində davam etməkdədir. Yeni Kaledoniyada hər gün Fransa ordusu tərəfindən etiraza qalxan insanlar öldürülür və ya yaralanır. Lakin ortada olan bir həqiqət var ki, artıq Fransanın müstəmləkə siyasətinə qarşı xalqların birliyi yaranıb və bu birlik öz müsbət nəticəsini verməkdədir. Xüsusilə də Bakı Təşəbbüs Qrupu daha uğurlu nəticələr verir. Nəzərə almaq lazımdır ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda keçirilib. Fransa müstəmləkəsindən əziyyət çəkən ölkələri və onların xalqlarını müdafiə edən, dəstək göstərən yalnız Azərbaycan dövlətidir. Bu səbəbdən də müstəmləkədən əziyyət çəkən xalqlar Azərbaycan xalqına, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirirlər. 2023-cü il 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır: "Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri də Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir".

"Fransa terrorçu dövlətdir"

2024-cü il iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçirilib. Burada əsas ideya və məqsəd Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizəsini dünyaya bəyan etməkdir. Azərbaycanda keçirilən qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradacaq. Tədbirdə çıxış edən Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Bakıda belə bir Qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib: “Azərbaycan cəsarətli addımlar atır. BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk”. Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda keçirilən tədbirdə iştiraklarına görə Azərbaycan hökumətinə və buna şərait yaradan bütün insanlara təşəkkürünü ifadə edib: “Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”.

Yeni Kaledoniya parlamentinin üzvü Maria Saliqa diqqətə çatdırıb ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib. Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər. “Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”.

Görünən ondan ibarətdir ki, Fransa zor gücünə, kütləvi qətliamlarla müstəmləkə siyasətini davam etdirə bilməyəcək. Son nöqtədə xalqlar müstəqilliklərinə nail olacaqlar. Buna əminlik yaradan əsas amillərdən biri müstəmləkə altında əzilən xalqların birlik nümayiş etdirərək azadlıq mübarizəsinə qalxmalarıdırsa, digər səbəb Fransanın özündə E.Makronun yarıtmaz siyasətinə qarşı fransızların ayağa qalmasıdır. Hətta bəzi siyasi partiyalar və hərəkatlar E.Makronun istefasını tələb edirlər. “İtaətsiz Fransa” partiyası isə E.Makronun istefası ilə bağlı petisiya toplayır. Artıq solçu “İtaətsiz Fransa” partiyasının başlatdığı petisiya 300 mindən çox imza toplayıb. Təbii ki, Fransa xalqının yekdil qərarı ilə E.Makron tarixin arxivinə göndəriləcək. Əgər müqavimət göstərilsə fransızlar növbəti inqilablarını həyata keçirəcəklər. Məlum faktdır ki, Fransa tarixində 165 üsyan və inqilablar baş verib. Ən amansız inqilab 1229-cu il də baş verib. Kilsənin nüfuzunu qaldırmaq üçün krala qarşı üsyan təşkil etmişdir. Bu üsyan nəticəsində 170 min insan həyatından olmuşdur. Daha bir üsyan isə 1270-ci ildə ölkənin cənubunda yerləşən Cahors şəhərində baş verib. Bir şəhərdən başlayan və bütün ölkəyə yayılan üsyan zamanı minlərlə insan öldürülmüşdür. 1358 Jakeriya üsyanıı, 1378-1382-ci illər arasında isə monarxiyaya qarşı xalq üsyanları baş verib. Ən amansız və dəhşətli üsyan isə 1789-1799-cu illərdə baş verən inqilab hesab olunur. Bu inqilabın nəticəsində ölkənin idarəetmə forması dəyişdi. Lakin inqilab sakitliklə keçmədi. Hakimiyyəti zəbt edən yakobinlər adlanan qruplaşma üzvləri amansız qətliamlar, vəhşiliklər törətdilər. Yakobinlər kimdən şübhələnir və ya özlərinə real təhlükə hesab edirdilərsə, onları qəddarlıqla öldürürdülər. Bununla bağı 1793-cü ildə fərmanda imzalayıb, vəhşiliklərini rəsmiləşdirmişdilər. Onlar müxtəlif işgəncə vasitələri hazırlayıb, insanları onların üzərinə çıxarıb məhv edirdilər. Ən dəhşətli işgəncə vasitəsi gilyotina hesab olunurdu. Gilyotina insanı dərhal öldürürdü. Bu avadanlıqla inqilab dövründə 35 000 insan öldürülmüşdü, ümumilikdə 1789-1799-ci illər ərzində xırda və böyük toqquşmalar nəticəsində 5 milyon fransız öldürülmüşdür. Böyük Fransa inqilabı adlandırılan 1789-1799-ci illər də Yakobinlər kimdənsə şübhələnərdilərsə, o zaman onu gilyotina vasitəsi ilə sıradan çıxarırdılar. Lakin sonradan yakobinlərin hakimiyyətləri uzun çəkmədi, fransızlar ayağa qalxaraq onları hakimiyyətdən uzaqlaşdırdılar və əksəriyyətini həbs etdilər. Həbs olunan yakobinlər gilyotina vasitəsi ilə məhv edildilər. Bu baxımdan bəzən araşdırmaçılar haqlı olaraq qeyd edirlər ki, fransızlar tarixən qəddarlıqları və vəhşilikləri ilə seçiliblər. Onlar təkcə öz xalqına və hakimiyyətinə qarşı deyil, həm də müstəmləkə altında saxladıqları millətlərə və dövlətlərə qarşıda amansız davranıblar. 22 fevral 1848-ci ildə növbəti inqilab baş verdi. Kral Lui Filippin devrildi və Napoleon Bonapartın qardaşı oğlu Lui-Napoleon Bonapart hakimiyyəti ələ keçirdi.

1936-1967, 1968-ci illərdə milyonlarla insanın iştirakı ilə Parisdə və Fransanın iri şəhərlərində küçə yürüşləri baş vermişdir. İyirmi birinci əsrdə Fransa da ən böyük etiraz aksiyaları E.Makronun hakimiyyəti dövründə yaşanmışdır. 2018-ci ildə “Sarı jiletlilər” hərəkatının həyata keçirdiyi üsyan-aksiya zamanı ölkədə xaos və anarxiya hökm sürmüş və bu vəziyyət bu gün də davam etməkdədir. Lakin artıq düşünən beyinlər vəziyyətin bu cür acınacaqlı şəkildə davam etməsi ilə barışmaq istəmirlər. Bütün günahların Makronun səhv siyasət aparması ilə əlaqələndirib, onun istefasını tələb edirlər. Əks halda Fransa növbəti qan içində - inqilabla boğulacaq.

İLHAM ƏLYİEV

Digər xəbərlər