PDF Oxu

Siyasət

  • 1 789

Suveren ölkəmizin ilk parlament seçkiləri ŞƏRH

Suveren ölkəmizin ilk parlament seçkiləri ŞƏRH

Sevindiciri və qürurverici haldır ki, bu il həm president və parlament seçkiləri müstəqil ölkəmizin bütün ərazisində keçirilmişdir.

Azərbaycan xalqın seçimi hər zaman düzgün olub. 1993-cu ildə Azərbaycan xalqı düzgün süçimi ilə, Ümummilider Heydər Əliyevi seçməklə qaranlıq yola işıq saçdı. 2003-cü ildə də Ümummillider Heydər Əliyev sizə özü qədər inandığı kimi, Azərbaycan xalqı da cənab İlham Əliyevə olan inamını göstərdi. 2020-cü ildə qazanılan Böyük Zəfər bu seçimin düzgün olduğunu bir təsdiqi oldu. 7 fevral 2024 cu ildə Azərbaycan xalqı bir yumruq olub öz qalib prezidentini seçdi.

1 sentyabr 2024-cu ildə keçirilən Parlament seçkiləri sağlam seçim oldu.

Cənab Prezident İlham Əliyev: ” Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tyarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir adah Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.

Qarabağın tam azad olunması, ərazi bütövlüyünü və suverenliyini bərpa olunması həm Azərbaycan xalqı üçün həm də bütün dünya azərabycanlılar üçün 2024-cü ilə böyük hədiyyə oldu. Hər bir qələbənin arxasında güc, birlik, prinsipiallıq, iradə və inam durur.

“Dəmir yumruq” güc, birlik, prinsipiallıq, iradə və inam kimi xüsusiyyətləri özündə birləşdirən rəmzdir. Gənc nəsil bu xüsusiyyətlərlə böyüyüb. Şübhə də yoxdur ki, atılan hər addım bu xüsusiyyətlərə əsaslanır.

Sağlam düşüncəli cəmiyyətin də sağlam seçimi var. Azərbaycanın da gələcəyi məhz bu sağlam seçimindən asılıdır.

Qalib Azərbaycanın qalib deputatlarını ürəkdən təbrik edirəm, çətin və məsuliyyətli yolda onlara uğurlar arzu edirəm.

Şəhla Xəlilova

YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrəərazi partiya təşkilatının sədri

Digər xəbərlər