PDF Oxu

Siyasət

  • 2 343

Prezident Milli Məclisdə yeni hədəfləri müəyyənləşdirdi ŞƏRH

Prezident Milli Məclisdə yeni hədəfləri müəyyənləşdirdi ŞƏRH

Prezident İlham Əliyevin parlamentdə çıxışında bəyan etdiyi əsas prioritet olacaq istiqamətlərdən bəzilərini ayrıca olaraq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir. Çünki həmin məqamlar həm də bütün anti-Azərbaycan qüvvələrə, eləcə də sülhdən yayınan, sürətlə silahlanma yolunu tutaraq revanşizmə meyillənən Ermənistana və onun havadarlarına da açıq ismarıc xarakteri daşıyır.

Cənab Prezident çıxışının əvvəlində qeyd etdi ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirildi. Bu, ölkəmiz və xalqımız üçün həqiqətən də mühüm tarixi hadisədir: “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Ölkə qarşısında duran mühüm vəzifələr haqqında öz fikirlərimi parlamentarilərlə və Azərbaycan xalqı ilə bölüşən Prezident İlham Əliyev vurğuladı ki, bəli, bu gün ölkə qarşısında ilk növbədə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi dayanır. Lakin bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlməyimizin yolu isə hərbi gücümüzün daha da artırılmasından keçir. Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bir sıra ekzistensial təhlükələrlə üzləşə bilərik. Ona görə də bu gün birinci dərəcəli vəzifə kimi hərbi gücümüzün artırılması əsas prioritetimiz olmalıdır. Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik. Bizim qələbəmizə sevinən dövlətlər qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan bəzi xarici qüvvələr də var. Prezident İlham Əliyev çıxışında demişdir. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir – biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Dövlətimizin başçısı tamamilə doğru olaraq qeyd etdi ki, hazırda beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb və İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. Müasir dünyada güc amili artıq açıq-aşkar aparıcı mövqelərə sahiblənib və bu gün bütün bəşəriyyət bunu bəzi böyük dövlətlərin davranışından aydın şəkildə görür. Buna görə də ölkəmiz hərbi sahəyə diqqəti daim artırmalıdır və Azərbaycan dövləti bu məqsədlə bütün lazım olan addımları atacaq.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər