Kanadanı müstəqil, daxili və xarici siyasətini özü həyata keçirən dövlət kimi təqdim etmək sadəlövhlük olardı
Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması və dünyada nüfuzunun günü-gündən artması, bəzi bədxah dövlətləri və beynəlxalq təşkilatların üzdəniraq nümayəndələrini ciddi şəkildə təşvişə salır. Çünki onlar dünya siyasətində yeni bir qüvvənin meydana gəlməsini arzu etmirlər, müstəmləkə, işğal siyasətlərinə əngəllər yaradan, xalqların azad və rahat yaşamasına öz dəstəyini göstərən dövlətin mövcudluğunu istəmirlər. Xüsusilə də, Fransanın müstəmləkə siyasətinə qarşı Azərbaycanın sərt münasibət bildirməsi və müstəmləkə altında əzilən xalqların azadlıq mübarizəsinin həyata keçirilməsi üçün “Bakı təşəbbüs qrupu”nun yaradılması daim dünyada sülhə və təhlükəsizliyə təhdidlər törədən dövlətləri narahat edir. On görə də, bir araya gələrək Azərbaycanın dünyadakı gücünə və qüdrətinə əngəllər yaratmağa, nüfuzuna kölgə salmağa çalışırlar. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dövlətlər hansılardır? Bir mənalı şəkil də cavab olaraq demək olar ki, Fransa, ABŞ, Hindistan, Kanada, Niderland və digər dövlətlər. Hansı ki, sözügedən dövlətlər həm də 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlamış terrorçu toplumdan ibarət olan ermənilərin yanındadılar. Davamlı şəkildə bu dövlətlər Ermənistanı silah –sursatla təmin edirlər, maliyyə yardımları göstərirlər, mənəvi dəstək nümayiş etdirirlər. Ələbaxım qul xislətli Ermənistandan fərqli olaraq Azərbaycan yalnız öz gücünə arxalanır, müstəqil siyasət aparmaqla azad və demokratik dövlət olduğunu nümayiş etdirir. Ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın öz gücünə arxalanması xarici siyasəti müəyyənləşdirən əsas faktorlardandır: “İstər yaxın ətrafımızdakı ölkələrlə, istərsə də uzaq xarici ölkələrlə praqmatizmə, realizmə, mənafelərin üst-üstə düşməsinə, qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan münasibətlər qurmuşuq”.
Kanada hələ də orta əsrlərin idarəetmə təfəkküründən xilas ola bilmir
Azərbaycanın Ermənistan üzərində parlaq hərbi, siyasi, diplomatik qələbə qazanması işğal dövründə işğalçıya himayədarlıq etmiş dövlətlərin narahatlığına və təşvişinə səbəb olub. Çünki xristian Ermənistan müsəlman Azərbaycan dövləti tərəfindən əzilərək küncə sıxışdırılıb. Hətta elə bir vəziyyət yaranıb ki, Ermənistan öz dövlətçiliyini itirə bilər. Ona görə də, Ermənistana hər cür dəstək göstərməklə ən azı “Xristian klubu”nun üzvü olan Ermənistanın müstəqilliyini məhv olmaqdan xilas etməyə çalışırlar. Azərbaycana qarşı boşboğazlıq, mənasız hay-küylər məhz Ermənistanı gözlənilər faciədən və fəlakətdən qorunmasına hesablanıb. Fransadan sonra Kanadanın Azərbaycan qarşı qarayxama kampaniyası aparması, ölkəmizi “etnik təmizləmə” də günahlandırması və digər absurd iddialarla çıxış etmələri açıq qərəz və böhtanlardan irəli gəlir. Əsasən də Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycana qarşı şər və böhtanları ilə sanki Yeravanda doğulub, atası və anası da hansısa “yan” dır. Bu üzü üzlər görmüş madumazel hara getsə və hansı tədbir də çıxış etsə erməniləri məzlum, əzilən, bədbəxt toplum kimi təqdim edib, onların xilası üçün bəzi ölkələrə çağırışlar edir. Bu o məxluqdur ki, hələ ötən ilin oktyabrın 25-də tarixi Azərbaycan şəhəri olan İrəvana səfəri zamanı timsah göz yaşları axıdıb, ermənilərin bədbəxt gündə yaşamalarına acıdığını söyləmişdir. Azərbaycanı hədəf seçən Melani Joli ölkəmizə qarşı əsasız ittihamlar irəli sürmüş, hətta Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini qeyd etmişdir. Melani Jolinin Qarabağdan könüllü gedən ermənilərin öz evlərinə qayıtması üçün onlara Azərbaycan hökumətinin imkanlar yaratmasının vacibliyini söyləmişdir. Kanada xarici işlər naziri bir qədər də dərinə gedərək könüllü Qarabağdan gedən erməniləri Azərbaycan tərəfindən həyata keçirilən “etnik təmizləmə” kimi təqdim etməyə cəhd göstərmişdir. Ötən il İrəvana səfəri zamanı səsləndirdiyi qərəzli ifadələrini Melani Joli hər fürsət yarandıqca dilə gətirir. Bu isə onu deməyə əsas verir ki, bu şəxs dövlət adamı postunda əyləşsə də, əslində, erməni lobbisinin üzvüdür. Onun ermənilərin himayədarı kimi çıxış etməsinin arxasında Fransanın da təsirinin dayandığı şübhəsizdir. Çünki Melani Jolinin babası fransızdır. Babası 1967 - ci ilə qədər Fransada yaşamış və ölkənin xüsusi xidmət orqanlarında çalışmışdır. Sonradan ailə Kanadaya köçmüş və Ottava şəhərində məskunlaşmışlar. Melani Jolina danışarkən daha çox fransız ləhcəsində ifadələrə daha çox yer verməsi onun Fransaya bağlı bir məmur olduğunu göstərir. Məhz Fransanın Melani Jolina qarşısında qoyduğu tələb nəticəsində Kanada 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Kanada şirkətinin Türkiyəyə silah embarqosunun tətbiqinə nail olunmuşdur. Kanada erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoydu, 2021-ci ilin aprelində isə "Telemus Sistemleri Inc." şirkətinin ixrac icazələrini ləğv edib. Həmin şirkət 2021-ci ilin oktyabrında müflis oldu. Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən "Telemus Sistemleri Inc." şirkəti embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi üçün bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib. Qeyd edək ki, şirkət hasilatı dayandırmazdan əvvəl 1,1 milyon ABŞ dolları xalis zərər görüb. Hətta şirkətin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı barədə məlumatlarda yayılır. Bütün bunlar Melani Jolinanı narahat etmir. Çünki əsas məslə ondan ibarətdir ki, Fransa hakimiyyətinin əmrini icra edib və erməni lobbisi razı salan addım atıb. Fransanın idarə-etmə üsul idarəsinin ölkə ərazisində tətbiq olunması üçün Kanadanın xarici işlər naziri Melani Joli bütün imkanlarından istifadə edir .2019 və 2024-cü illər də Kanada hökuməti Nunavute əyalətində fransız dilinin dətəklənməsinə 42 dəfə çox vəsait ayırmışdır. Halbuki digər xalqların dilləri itmək üzrədir. Bunla bağlı YUNESKO-da həyacan təbili çalıb. YUNESCO-nun məlumatlarına görə, Kanadada yerli xalqların danışdığı 90 dilinin ¾ yox olmaq təhlükəsi ilə üz-üzədir. C.D. Howe Institute araşdımaları müəyyən edə bilmişdir ki, Kanada rezervasiyalarında yaşayan 10 aborigendən yalnız 4-ü orta məktəbi bitirir. Halbuki Kanadanın yerli xalqları olmayanlar arasında bu göstərici 10 nəfərdən 9-dur. Hökumətin vandal siyasətinə etiraz etmək həbsxanalar atılıb cürümək və ya gecənin birində evi tapılmaq deməkdir. Hətta hökumətin qəzəbinə məruz qalan yerli xalqlar yaşadıqları yerdən başqa məkana köçürülmək riski ilə də üzləşə bilərlər. Belə bir qəzəbə yerli xalqların əsas aparıcı nümayəndələrindən olan inuitlər üzləşiblər. İnuitlər 4 dəfə öz tarixi yurd yerlərindən köçürülüblər. Kanada hakimiyyəti inuitləri öz tarixi torpaqlarından 100 km aralığa köçürməyə qərar vermişdir. Köçürməyə səbəb kimi onların federal işçilərlə ticarətdən olduqca çox asılı olmaları bildirilmişdir. Faktiki onlar izolyasiyada olan adaya köçürülmüş və onlara yaşamaq üçün yemək, infrastruktur və ya tikinti üçün avadanlıq verilməmişdir. Köçürülmə zamanı bir çox insanlar ölmüşdür. Bundan sonra daha 3 köçürülmə olmuşdur. Xatırlatmaq olar ki, Kanada 1952-ci ildə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını ratifikasiya etmişdir
Kanada özünü dünyada vəhşi, barbar qurum kimi tanıdıb
Kanada Fransa kimi dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır. Həm də bu ölkə dünyada vəhşi, barbar qurum olaraq təqdim edilir. Çünki Kanada Fransaya, sonradan Böyük Britaniyaya, son vaxtlar isə ABŞ-a arxalanıb, qonşu xalqlara qarşı soyqımı cınayətləri həyata keçirib.. Kanadada uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktları məlumdur. 2021-ci ildə Kanadanın Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılmışdır. “The Cowessess First Nation” bəyan edir ki, bu Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın 215 yeniyetmənin məzarlığı tapılmışdır. 3-yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci ildə burada dəfn edilmişdir. Kanadanın Baş nazir Trudo bildirmişdir ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır. 1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Onlar yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyət dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçmişdir. Ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat etmişdir. Çoxu fiziki, seksual və emosional zorakılığa məruz qalmışdır. 2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırmışdır. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırım adlandırmışdır. Kanada hökuməti yerli xalqlara 2.1 mlrd dollar təzminat ödəməyə razı olmuşdur. 2022-ci ilin iyulunda Roma Papası kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırım adlandırmışdır. Ümumiyyətlə faktlar təsdiq edir ki, Kandanın yerli xalqları müasir dövrün yeniliklərini qəbul edə bilmirlər. Yəni onlar dünyada texanaloji dəyişklərlə uyğunlaşmaqda çətinliklər çəkirlər. Bu da onunla bağlıdır ki, Kanda mövcudluğu dönəmindən bu günə qədər müxtəlif dövlətlərin müstəmləkəsi altında olub. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoyublar. 1756–1763 Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə yarım müstəqillik əldə etmişdir. Kanadanın təsərrüfatı əvvəlcə Böyük Britaniyanın, İkinci dünya müharibəsindən sonra isə ABŞ-nın təsiri altında əmələ gəlmişdir. Bu gün Kanada müstəqil dövlət ola bilmir. Çünki yaranışı başqa dövlətlərin istəyi ilə baş verib. Hazırda ABŞ-ın tabeçilyində və Fransanın təsiri altında olsa da Böyük Britaniyanın kraliçasının nəzarətindədir. Dövlət büdcəsinin və baş nazirin təsdiqi, xarici ölkələrə ordunun gönərilməsi və digər məsələlər məhz Böyük Britaniya Kraliçasının təsdiqi və ya razılığı ilə həyata keçirilir. Ona görə də, Kanadanı müstəqil, daxili və xarici siyasətini özü həyata keçirən dövlət kimi təqdim etmək sadəlövhlük olardı. Müstəqil olmayan “dövlət”dən təəccüb və ironiya ilə qarşılanan fikirlərin eşidilməsi və qərarların verilməsi gözləniləndir.
İLHAM ƏLİYEV