PDF Oxu

Siyasət

  • 2 377

"Qərbi Azərbaycana da yollarımız açılacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qərbi Azərbaycana da yollarımız açılacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlumdur ki, bu gün Cəbrayıla ilk köç reallaşıb. Bu xoş gün münasibətilə ilk növbədə bütün Cəbrayıl camaatını ürəkdən təbrik edirəm. Keçmiş məcburi köçkünlər artıq öz ata-baba yurdlarına qayıdır və bu gün də Cəbrayılın ilk sakinləri öz doğma şəhərlərinə dönürlər. Bu, olduqca böyük tarixi və mənəvi əhəmiyyəti olan bir hadisədir. Bu həmin insanların həyatında və bütövlükdə Cəbrayıl rayonunun Şərqi Zəngəzurun həyatında yeni bir səhifənin başlanması deməkdir və Cəbrayıllıların da yaddaşlarında gələcək xoşbəxt günlərin ilk günü kimi qalacaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.Deputat sözlərinə belə davam edib: "44 günlük müharibə qurtaran kimi cənab Prezident Qarabağın da Şərqi Zəngəzurun bərpası ilə bağlı ardıcıl işlər görülməsi ilə əlaqədar tapşırıqlar verdi, daha sonra isə Böyük Qayıdışla bağlı birinci dövlət proqramı qəbul olundu və 2026-cı ilin sonuna qədər birinci dövlət proqramı icra olunacaq. Ondan sonra təbii ki, növbəti proqramlar da qəbul olunacaqdır. Birinci dövlət proqramının icra müddəti ərzində 140 min soydaşımızın (bu çox da ola bilər) ata-baba yurdlarına qayıtması nəzərdə tutulubdur.İlkin etapda əlbəttə infrastruktur layihələrinin həyata keçirilməsi həm zaman alır, həm də olduqca böyük vəsait alır. Amma artıq demək olar ki, biz bu sahədə olduqca böyük işlər görmüşük və cənab Prezident də Milli Məclisin 7-ci çağırış ilk iclasında bu barədə ətraflı danışdı.3 min kilometr təkcə Qarabağda və Şərqi Zəngəzurda yollar çəkilib, saysız-hesabsız körpülər, tunellər tikilib, elektrik və qaz təminatı həyata keçirilib. Demək olar ki, infrastruktur layihələri bütün bölgəni əhatə etməkdədir. Bundan sonra qalır artıq bizim mənzillərin, sosial obyektlərin, şəhərlərin, kəndlərin planlaşdırılıb tikilməsi bu sahədə də böyük işlər gedir.Bu gün biz fəxr edirik ki, artıq Şuşada, Xankəndində, Qarabağ universitetində məktəblilər və tələbələr ilk tədris ilini doğma yurdlarında başladılar. İnşallah Cəbrayılda da bu ailənin ilk köç qaranquşlarıdır və gələn ilin sonuna qədər, gələn təhsil ilinə qədər isə çoxlu ailələr köçəcək. Orada da istər məktəbin fəaliyyətə başlaması, digər sosial infrastrukturun həyata keçirilməsi və əhalinin məskunlaşmasının artması həyata keçiriləcəkdir.İndiyə qədər bu məqsədlə dövlət büdcəsindən 19 milyard manata qədər vəsait xərclənibdir və gələn il də təxminən 5 milyard manata qədər vəsaitin ayrılması nəzərdə tutulur. 8 mindən çox soydaşımız artıq ata-baba yurdlarına dönüblər və bu proses də davam edir. Oraya insanların köçməsi həm də yeni iş yerlərinin açılması, Azərbaycan iqtisadiyyatının güclənməsi deməkdir, genişlənməsi və insanların öz ata-baba yurdlarında xoşbəxt həyatlarını davam etdirməsi deməkdir.İnşallah, Zəngəzur dəhlizi də açılacaq, digər bölgədə qarşıya qoyulan məsələlər də öz həllini tapacaqdır. İstər Cəbrayıl, istər digər rayonlarımızın bütün sakinləri qısa müddət ərzində öz ata-baba yurdlarına dönəcəklər və bu cənab Prezidentin, Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan xalqının, Azərbaycan dövlətinin qüdrəti hesabına həyata keçiriləcəkdir. Baxmayaraq ki, Ermənistan hələ də hər vəchlə sülh müqaviləsini imzalamaqdan boyun qaçırır, bəhanələr gətirir, imperialist dövlətlər başda Fransa, Amerika Birləşmiş Ştatları, Kanada kimi xristian təsvikeşləri bölgədə vəziyyətin normallaşmasını istəmirlər. Amma Azərbaycanın gücü, qüvvəti və onun dostlarının səyi hesabına biz buna da nail olacağıq və qısa müddət ərzində təkcə Şərqi Zəngəzur və Qarabağdan olan keçmiş məcburi köçkünlər deyil, həm də Qərbi Azərbaycana da yollarımız açılacaq. Biz də ata-baba yurdlarımıza qayıtmaq imkanlarını əldə edəcəyik".

Ayşən Vəli

Digər xəbərlər