PDF Oxu

Siyasət

  • 1 945

"Qarşıda duran məsələlər aydın şəkildə ölkə ictimaiyyətinə çatdırıldı" - ŞƏRH EDİLDİ

"Qarşıda duran məsələlər aydın şəkildə ölkə ictimaiyyətinə çatdırıldı" - ŞƏRH EDİLDİ

"Yeddinci çağırış parlamentin yığıncağında ölkə Prezidenti cənab İlham Əliyev nitqində qarşıda duran əsas hədəflər və Azərbaycanda, eləcə də regionda baş verən proseslərlə bağlı çox geniş, proqram xarakterli çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, ölkə Prezidentinin çıxışının ən əsas prioritet istiqaməti ölkədə qarşıda duran başlıca məqsədlərlə bağlı idi ki, bu da birinci növbədə ölkənin müdafiə qüdrətinin daha da artırılması, ordumuzun daha da gücləndirilməsidir: "Bu istiqamətdə aparılan işlər və qarşıda duran məsələlər çox aydın şəkildə ölkə ictimaiyyətinə çatdırıldı. Bununla əlaqədar Azərbaycanın artıq özünün yeni silahlarını istehsal etməsi, ordunun yerli silah məhsulları ilə təmin edilməsi ilə bağlı fikirlər səsləndirildi. Eyni zamanda həm ordumuzu təmin etməklə yanaşı, həm də silahların ixrac edilməsi ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq və iqtisadiyyatımızı zənginləşdirəcək. Dövlət büdcəsinin və gəlirlərimizin artmasını təmin edəcək.Digər ən böyük və prioritet istiqamətlərdən biri Qarabağda gedən abadlıq və quruculuq işlərinin daha da artırılması, sürətləndirilməsidir. Məlumdur ki, bu istiqamətdə də çox böyük işlər həyata keçirilir. Bu ilin sonuna qədər torpaqlarımız işğaldan azad olunduğu dövrdən etibarən 19 milyard manat oraya xərclənəcək. Qarabağ Universiteti açılıb, soydaşlarımız ata-baba yurdlarına köçür, iş yerləri ilə təmin olunurlar. Məcburi köçkün və soydaşlarımızın ata-baba yurdlarına qayıtmaq, eləcə də orada məşğulluğun təmin olunması və böyük iqtisadi potensiala malik olan, həm Qarabağ, həm Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına verəcəyi töhfələr də daha böyükdür"."Digər ən böyük istiqamətlərdən biri sosial tədbirlərin həyata keçirilməsi və gələn il minimum əmək haqqının artırılması ilə bağlı fikirlər səsləndirildi. Bu da 2025-in ilin büdcəsində öz əksini tapacaq. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı ölkə Prezidenti bütün mənzərəni açıq şəkildə ictimaiyyətə çatdırdı. Ermənistan yenə riyakarlıq edir, sülh prosesini uzadır. Çox qəribədir ki, Ermənistana dəstək verən Minsk qrupu və bəzi Qərb ölkələri regionda müharibəni alovlandırmaq, yeni münaqişə ocaqları yaratmaq xülyasındadırlar. Əlbəttə, bu, qeyri-mümkündür. Bütün bunlarla yanaşı milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi prioritet olaraq qarşıda duran vəzifələrdən biridir.Bütövlükdə ölkə Prezidentinin çıxışı proqram xarakterli çıxışdır. Hesab edirəm ki, ölkə Prezidentinin indiyə qədər həyata keçirdiyi siyasət bütövlükdə Azərbaycan xalqının mənafeyinin müdafiəsinə yönəlib. Milli və dövlətçilik maraqlarının qorunmasına yönəlib. Ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərin xalqımızın birliyi sayəsində nailiyyətlə və uğurla həyata keçəcəyinə heç bir şübhə yoxdur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər