PDF Oxu

Siyasət

  • 2 023

Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü keçirilir

Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü keçirilir

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.

Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.

Digər xəbərlər