PDF Oxu

Siyasət

  • 1 919

"Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının Hazırlanması" FOTOLAR

"Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının Hazırlanması" FOTOLAR

Layihənin yekun tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının Hazırlanması" layihəsi çərçivəsində yekun tədbir keçirilir.

QHT.az xəbər verir ki, tədbirin məqsədi, sahibkar qadınların iqtisadiyyatdakı rolunu artırmaq, onların müvafiq sahələrdə bilik və bacarıqlarını genişləndirmək, habelə qadın sahibkarlığının inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində aparılan araşdırmaların nəticələri, eləcə də qadınların müasir iqtisadi mühitdə uğur qazanması üçün təqdim olunan strategiyalar müzakirə ediləcək.

Tədbirdə mütəxəssislər, dövlət nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri və sahibkar qadınlar iştirak edir. Yekun müzakirələrdə qadın sahibkarlığın inkişafı üçün nəzərdə tutulan yeni təşəbbüslər, eləcə də tətbiq olunması planlaşdırılan strategiyalar təqdim olunacaq.

Digər xəbərlər