1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan ölkəmizdə istər iqtisadi, istərsə də siyasi böhranın hökm sürməsi, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və xalqla birgə olmaması suverenliyimizin yenidən itirilməsi təhlükəsini yaratmışdı. 1992-ci ildə baş vermiş dövlət çevrilişindən sonra isə vəziyyət daha da ağırlaşmışdı. Bunun nəticəsində isə Ermənistan tərəfindən torpaqlarımız işğal olundu, Azərbaycan iqtisadiyyatı tamamilə iflic oldu.
Belə çətin bir vəziyyətdə Azərbaycan xalqı yeganə nicat yolunu Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməkdə gördü. Məhz xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıdan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı çətin sınaqlardan çıxardı, müstəqilliyimizi qoruyub saxladı. Beləliklə, həmin dövrdə bütün ölkəni, xalqı vahid ideologiya ətrafında birləşdirən Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti problemləri dəf etməyə nail oldu. Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı çıxışında bəyan etdiyi kimi, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ulu öndərə müraciət etmişdir. 1993-cü il oktyabrın 3-də ölkəmizdə kəçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etmadını qazanaraq Azərbaycan Prezidenti şəçildi. Müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu, məhz Ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu və ölkədə sabitlik bərpa olundu. Həmin dövrdə Ümummilli liderimizin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı .
Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın.Ümummilli lider Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə Ulu öndərin əməyi özünü göstərir. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bütöv bir tarixdir, Azərbaycan xalqı üçün örnəkdir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir, məhz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib.
Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz ümummilli lider Heydər Əliyevin siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır.
Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu.
Kamil Sultanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi