Siyasət

  • 540

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar ŞƏRH

image

Cari ilin 30 sentyabr tarixi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə əlamətdar oldu.

Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının
əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizin gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.

Bildiyimiz kimi, böyük el sənətkarı Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Prezident İlham Əliyevin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik təmizləməsinə məruz qalmışdır. 1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. Onda şairin 97 yaşı var idi. İki ilə qədər Kəlbəcərdə qalmışdır. 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır.

Prezident İlham Əliyev görkəmli el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxış etdi və bu çıxış müəyyənmesajlarla yadda qaldı. Belə ki, o şairə göstərilən diqqətdən bəhs etdi: “1970-ciillərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü dəSovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsiucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandallarıonun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, ŞərqiZəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz,saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yenideyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşiliktörədilirdi”. Beləliklə , ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonraerməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin bir daha şahidləriolmuş olduq.

Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi:“Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ciildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncüdeportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqıöz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu,bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi
azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çoxamillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqlarıgörməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ”. Ölkə rəhbərinin haqlı olaraq əminliklə danışmağı, öz ata-baba yurdlarından məhrum olmuş QərbiAzərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Bu bir daha bizim haqqyolunda olmağımızın bariz göstəricisi idi.Necə ki, dövlət başçısı hər zaman bir gün Qarabağaqayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonratorpaqlarımız azad, ölkəmiz suverendir. Ən əsası odur ki, bu günlərdə artıqQarabağa həyat, dirçəliş qayıdıb. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarınageri qayıdırlar və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasındadeyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar da özdoğma yurdlarına geri qayıdacaq.

“Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpaolunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini,ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəziçıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflərqoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həmuzunmüddətlidir”. Qərbi Azərbaycana qayıdışla bağlı ölkə başçısının dedikləri təkcə daxili auditoriya üçün, Qərbi Azərbaycandan olan insanlar üçün deyildi, eyni zamanda, Ermənistana və beynəlxalq aləmə mesaj idi. Düşünürəm ki, Ermənistan və onun havadarları bu mesajı almış oldu. Bunun özü Qərbi Azərbaycanla bağlı beynəlxalq müstəvidə işlərin aparıldığının göstəricisidir.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov

Digər xəbərlər