Siyasət

  • 1 134

Fransanın vandal siyasəti dünyanı ayağa qaldırır TƏHLİL

image

Dünyada elə dövlətlər var ki, onlar üzdə planetin təhlükəsizliyinə, xalqların dinc, yanaşı yaşamasına, sabitliyin təmin olunmasına töhfələr verməyə çalışdıqlarını bəyan edirlər. Hətta bu kimi gəlişi gözəl bəyanatları beynəlxalq təşkilatların yüksək tribunalarından da səsləndirirlər. Reallıqda isə onların fikirlərinin sadəcə söz yığnağından başqa bir şey olmadığı məlum olur. Aydın olur ki, əslində ABŞ, Fransa, Almaniya, Hindistan və onların təsiri altında olan AŞPA kimi beynəlxalq təşkilatlar dünyada sülhə və təhlükəsizliyə birbaşa təhdid yaradırlar. Xüsusilə də Fransa amansız və qəddar siyasət aparır. Dünyada sabit, sakit bölgələrə müdaxilə etməklə orada vəziyyəti ağırlaşdırmağa, qarşıdurmalar və müharibələr yaratmağa cəhdlər göstərir. Bu baxımdan tərəqqipərvər xalqlar Almaniyadan sonra bəşəriyyətin ən qorxulu canisinin Fransa olduğunu qeyd edirlər. Məhz bu cani dövlət dəfələrlə bacısı hesab etdiyi Ermənistan vasitəsi ilə Cənubi Qafqazda sabitliyi pozmağa çalışır. Paşinyan rejiminə hər cür dağıdıcı gücə malik silah-sursatla təmin edən Makron hakimiyyəti bununla regionda münaqişə ocağını qızışdırmağa ümid edir. Lakin anlamır ki, Ermənistan 44 günlük Vətən Müharibəsində Azərbaycanın qüdrətli ordusu tərəfindən elə bir sarsıdıcı zərbə alıb ki, bundan sonra on illər keçsə də özünə gələ, toparlana bilməz. Ona görə də, Makronun Ermənistandakı revanşistləri ruhlandırması onları müxtəlif dəmir yığnağı ilə təchiz etməsi əhəmiyyətsizdir. Əgər baş qaldırmağa cəhdlər olarsa, o zaman Azərbaycan Ermənistan adlı quruluşun mövcudluğuna son qoyar.

Fransanın müstəmləkə siyasətinə qarşı etirazlar artır

Bu gün dünyanın sülh və əmin-amanlıq içində yaşadığı bir dövrdə Fransa müstəmləkə siyasəti aparır, azadlıq uğrunda mübarizəyə qalxanları ən qəddar formada sıradan çıxarır. Lakin görünən ondan ibarətdir ki, Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya) və digər müstəmləkə altında olan ərazilərdə xalqlar öz azadlıq mübarizələrini davam etdirirlər. Bu məsələdə onlara Bakı Təşəbbüs Qrupu da hər cür dəstəyi göstərir. Bakıda keçirdiyi mətbuat konfransında Fransanın müstəmləkəçilik siyasətinə qarşı və antiimperialist mövqeləri ilə tanınan Pan-Afrikaçı siyasi fəal, jurnalist Kemi Seba bildirib ki, o qlobal neokolonializmə qarşı mübarizədə Azərbaycan tərəfi ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, Şarl De Qollun hakimiyyəti dövründə Fransa bizim ərazilərdə öz adamlarını yerləşdirməyə başlamışdı: “Biz beynəlxalq təşkilat olaraq dünyanın hər tərəfində yaşayan afrikalıların yanında olmağa çalışırıq. Mən hər zaman Fransanın Afrika xalqlarına qarşı təzyiqlərinin şahidi olmuşam. Orada mən fransızların qaradərililərə qarşı irqçi davranışının şahidi olmuşam. Afrikada mən siyasi jurnalist olaraq işlədiyim dövrdə Fransa müstəmləkəçiliyinin regionda vəziyyəti pisləşdirdiyinin şahidi olmuşam. Hələ Şarl De Qollun hakimiyyəti dövründə Fransa bizim ərazilərdə öz adamlarını yerləşdirməyə başlamışdı. Mən öz təşkilatım çərçivəsində uzun müddətdir Fransanın neokolonializm siyasətinə qarşı hərəkat istiqamətində fəaliyyətə başlamışam. Həmin dövr Fransanın bizim ərazilərimizdəki hərbi bazalarına qarşı mübarizənin başlanğıcı oldu”.

Fransa müstəmləkəçiliyə son qoymasa mövcudluğunu itirə bilər

Bakı Təşəbbüs Qrupu (BTQ) yalnız Azərbaycanda deyil vaxtaşırı olaraq beynəlxalq təşkilatların ofislərində Fransanın zorakılığı, xalqları əsarətində saxlamasından bəhs edən tədbirlər təşkil edir, yüksək tribunalardan rəsmi Parisin vəhşiliklərinə etiraz bəyanatları səsləndirir. Cari ilin iyunun 20-də Bakı Təşəbbüs Qrupunun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans da belə tədbirlərdən biri olmuşdur. Konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda, El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Oktyabrın 3-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransda Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və Fransanın əsarəti altında olan Mayot adasından nümayəndələr hüquqşünaslar, həmçinin QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər. Konfransda "Delimitasiyası olunmuş, lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri", "Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş" mövzularında sessiyalar keçirilib. Sessiyalarda çıxış edən mavritaniyalı jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir: ““Bu müstəmləkə vəziyyəti qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır. İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu mübarizəmizi qazanacağıq. Ümidvaram, icmalarımız bu mübarizənin nə demək olduğunu anlayacaq və birləşəcək, nəticədə biz qalib gələcəyik”. Milli Məclisin deputatı Nizami Səfərov tədbirdə çxışında insanlıq əleyhinə cinayətlərin konsepsiyası məhz Afrikada hələ də izləri görünən Trans-Atlantik qul ticarəti ilə bağlı olduğunu bildirib: “Bunun təsdiqini hələ XIX əsrdə dərc edilən və beynəlxalq hüquqa həsr olunmuş bir çox dərsliklərdə, ədəbiyyatlarda görmək olar. İnsanlıq əleyhinə cinayətlərin mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində çox fəal rol oynayıb”.

Nizami Səfərov çıxışında onu da qeyd edib ki, qul ticarətinə görə Fransa tərəfindən reparasiyaların ödənilməsinin ən mühüm məsələlərdən biridir: “1998-ci ildə Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində çıxış edib və xüsusi qanun layihəsi təklif edib. Həmin qanun layihəsində iki məsələ öz əksini tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə uyğun olaraq quldarlığın, qul ticarətinin insanlıq əleyhinə cinayət kimi tanınması və reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə münasibətdə qanun layihəsindən kənarda qaldı”.

Xalqlar var ki, 500 ildir Fransanın zülmündən əziyyət çəkir

Konfransda çıxış edən fəal Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə görə, lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır. Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər: “Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır. Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bilirik. Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır”.

Malidən olan QHT rəhbəri Kabin Dumbia, Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov və digərləri çıxışlarında Fransanın qəsbkar, vandal siyasətinə etirazlarını bildirib, bəşəriyyəti rəsmi Parisin cinayətlərinə qarşı birləşməyə çağırıblar. Əminliklə demək və ümid etmək olar ki, demokratik düşüncəli xalqlar müstəmləkə altında əzilən insanların harayına seyriçi qalmayacaqlar. Çünki yalnız ötən əsrdə Almaniyanın iki dəfə dünya müharibəsini törətməklə xalqlara yaşatdığı faciələrin ağır və acı nəticələrini hələ də insanlıq unutmayıb, əksər xalqlar hələ də müharibənin nəticələrindən əziyyət çəkməkdədirlər. Ona görə də, əminliklə o fikri vurğulamaq olar ki, dünya yeni bir bəşəri faciələri Fransanın vəhşi əməlləri və fəaliyyəti ilə yaşamamaq üçün Makron hakimiyyətinin cəzalandırılmasına və müstəmləkə siyasətinə son qoymasına nail olacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər