Azərbaycan Respublikasının mədəniyyəti böyük tarixi keçmişə malikdir. Bu mədəniyyəti zəngin irsə varislik edir. O taylı-bu taylı, Şərqi-Qərbi Azərbaycan mədəniyyəti əsrlərin keşməkeşli süzgəcindən keçib və bügünkü zənginliyə qovuşub. Xalqın milli-mənəvi dəyərlərini özündə ehtiva edən milli mədəniyyət sahəsidir folklordur ki, onun da türk kökənli qolu aşıq sənətidir. Bu sənəti layiqincə qoruyub gələcək nəsillərə ötürmək sanki xalqımızın soykökünəvəfa borcuna çevrilib.
Respublikanın mədəniyyət siyasətində milli mədəniyyətin, mədəni irsin qorunması ilə yanaşı dünyəviliyə açıq olmaq əsas prinsiplərdəndir. Bu mövqe dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevdən xalqımıza qalan yanaşmadır. Heydər Əliyev Azərbaycan xalqının mədəniyyəti haqqında deyirdi: “Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar.”
Azərbaycanda aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin irsinə hörmət əlaməti olaraq sentyabrın 30-daBakı şəhərində abidəsi qoyulmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin çıxışında söylədiyi kimi, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.
Qeyd etmək yerinə düşər ki, 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında Heydər Əliyevin imzaladığı sərəncammüasir Ermənistandakı tarixi-mədəni irsin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan
edilməsi və bu irsə sahib çıxmağımızın göstəricisi idi. Hətta yubiley şənliklərinin məhz Aşıq Ələsgərin doğma kəndində keçirilməsi Ulu öndərin tarixi Göyçə mahalının azərbaycanlılara məxsus olması haqqında subliminal mesajı idi.
Bu gün Qərbi Azərbaycan torpaqlarına azərbaycanlıların qayıtması məsələsi gündəmdədir. Abidənin açılışı zamanı Prezident İlham Əliyevin çıxışında ümid verən məqamlar var: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.” Xalq olaraq ölkə başçısı cənab İlham Əliyevin bütün vədlərini yerinə yetirdiyinin dəfələrlə şahidi olduğumuzdan Qərbi Azərbaycanla bağlı arzuları da böyük ümid yaradır.
Leyla Hüseynova
YAP Yasamal rayonuAMEA A.A.Bakıxanov adına Tarix vəEtnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini