Siyasət

  • 700

Aşıq Ələsgər irsinə dövlətin qayğısı milli birliyə xidmət edir! ŞƏRH

image

Aşıq Ələsgər yaradıcılığına dövlətimiz həmişə yüksək qiymət vermişdir. Ulu öndər
Heydər Əliyevin sərəncamına əsasən 1972-ci ildə dövlət səviyyəsində ustadın
anadan olmasının 150 illiyi, 1997-ci ildə isə 175 illik yubileyi qeyd edilmişdir. Bu,
Ulu Öndər Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el
sənətinə, Göyçənin sənətkar oğluna verilən yüksək dəyərdir. Sentyabrın 30-da
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və oğlu Heydər
Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el
sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi, ölkə başçısının aşıq
sənətinə, mədəniyyətimizə, eləcə də görkəmli şəxsiyyətlərimizə verilən yüksək
dəyərin bariz nümünəsidir. Prezident İlham Əliyev çıxışında Aşıq Ələsgər
yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini
qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də
bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı. Aşıq Ələsgər Azərbaycan
aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü
Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir.
Bu abidənin açılışı eyni zamanda strateji bir məna da daşıyırdı. Prezident İlham
Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının yalnız mədəniyyət sahəsində deyil,
həm də milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və
mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirdi. Bu,
xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu
bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş
cəhdlərə qarşı bir cavabdır.
Xüsusilə qeyd edək ki, Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən
göstərilən diqqət və qayğı bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən
davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-
nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin
sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi, 2021-ci ildə isə 200 illik
yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezidentin yüksək
diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”
açılmışdır. Artıq bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və
Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt
görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə,
səbirsizliklə o qayıdış gününü gözləyirlər. Əslində, heç vaxt o torpaqlarda
yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün
Qarabağa qayıdırlar. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda,
Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunun bariz
nümunəsi idi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün
Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da
əminliklə eyni hissləri yaşayacaqlar!

Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya
təşkilatının sədri

Digər xəbərlər