PDF Oxu

Siyasət

  • 2 841

Cəbrayıllıların öz torpaqlarına qayıdışı dövlətin əsas prioritetidir! ŞƏRH

Cəbrayıllıların öz torpaqlarına qayıdışı dövlətin əsas prioritetidir! ŞƏRH

Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində Cəbrayıl rayonu da işğala məruz qalmışdır. Bu rayonun da əhalisi qaçqın və məcburi köçkün düşmüşdü. İranla sərhəd olan bu rayon müharibə başlayan gündən təhlükədə idi.

Baxmayaraq ki, qəhrəman hərbçilərimiz və yerli sakinləri rayonun müdafiəsi uğrunda döyüşmüşdür. Lakin qeyri-bərabər döyüşlərdə Ermənistan xarici havadarlarının köməyi ilə Cəbrayıl rayonunu 1993-cü il avqustun 23-də işğal etmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Ermənlər işğalda saxladıqları digər rayonlarımız kimi Cəbrayıl rayonunda da çox ağılasığmaz şəkildə dağıntılar etmişdilər. Bu dağıntılar nəticəsində Cəbrayıl rayonu tanınmaz hala düşmüşdür. Hətta rayonun sakinləri sonradan torpaqlarımız işğaldan azad olduqdan ora getdikdə hətta öz evlərini, kəndlərini, yollarını belə, tapa bilmirdilər. Bütün bunlar da erməni vandalizminin təzahürü idi. Bu da ermənilərdən gözlənilənidi. Çünki ermənlər, demək ki, bütün Qarabağ və Şərqi Zəngəzurda bu kimi vandalizm əməlləri etmişdilər.Cəbrayl rayonu işğal olanandan sonra ən böyük çətinlik, əzab-əziyyət, əlbəttə ki, yerli sakinlər üçün oldu. Onlar 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşadılar. Bu müddətdə onlar sözün həqiqi mənasında fiziki və mənavı çətinliklərə məruz qalmışdılar. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.Azərbaycan dövləti Cəbrayıl rayonunda da çox böyük abadlıq və quruculuq işlərinə başlayıb. Cəbrayılda yeni-yeni yaşayış masivləri, sənayi obyektləri, ictmai iaşə mərkəzləri tikilir, küçələr çəkilir, kommunikasiyalar bərpa edilir. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Və bütün bunlar da Azərbaycan dövlətinin öz gücü, öz iqtisadi gəlirləri hesabına edilir.Azərbaycan dövləti heç bir dövlətdən bunun üçün yardım almır. Erməni vandalizmə məruz qalmış bütün rayonlarımızda, o cümlədən Cəbrayılda da bu işlər həyata keçirilir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri yeni-yeni açılışlar və təməlqoymalarla yadda qalır. Cəbrayıl rayonu işğaldan azad edildkdən sonra Prezident İlham Əliyev bura ilk dəfə 2020-ci ilin noyabrın 16-da səfər edib. Bundan sonra da dəfərlərlə dövlətimizin başçısının bu rayona səfəri olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıla rayonuna növbəti səfər edib. Səfər müddətində cənab Prezident Cəbrayıl rayonunda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, eləcə də məktəb, fabrik və digər müəssisələrin açılışında və təməlqoyma mərasimində iştirak edib.Bu gün cəbrayıllılar çox unudulmaz fəxrli anlar yaşayırlar. Çünki artıq onlar erməni işğalından azad olunmuş öz ata-baba yurdlarına dönüblər. 30 ildən artıq müddətdə Cəbrayılın həsrətində yaşayanlar, cəbrayıllı olub, amma Cəbrayılda dünyaya gəlməyən gənclər öz yurdlarına dönürlər.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə 117 nəfər köçürülüb. Cəbrayıllılar bu torpaqların yerli və əzəli sakinləri olduqlarını bununla bir daha göstərirlər. Eyni zamanda Azərbaycanın Ali Baş Komadanına, milli ordumuza minnətdarıqlarını bildirirlər. Çünki Cəbrayıl rayonunun sakinləri 27 il yurd həsrəti çəkmişdirlər. 1993-cü ilin 23 avqsutunda Ermənistan tərəfindən Cəbrayıl rayonu işğal oluduqdan sonra onlar qaçqın və məcburi köçkün olmuşdurlar. 44 günlük Vətən müharibəsi zamanı əldə oluna şanlı Qələbə ilə bu həsrətə son qoyulub. Oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunması, digər rayonların da işğaldan azad olunmasına bir yol açdı. Bugün Cəbrayıl rayonunda Azərbaycan Ordusunun əsgərləri keşik çəkir.Hazırda Cəbrayılın mərkəzi meydanında Azərbaycanın dövlət bayrağı dalğalanır. Azərbaycanın Prezidenti İlham Əliyev Cəbrayıla ilk səfərində bu meydanda dövlət bayrağımız qaldırmışdır. Ədbəttə ki, hər işğaldan azad olunan rayonda belə Azərbaycan bayrağının qaldırılması bizim üçün çox böyük qürur hissidir.Azərbaycan ordusunun əsgərləri Cəbrayılın işğaldan azad olunması yolunda çox böyük şücaət göstərmişdi və dövlətimiz tərəfindən bu rayon uğrunda döyüşənlərin əməyi qiymətləndirilmişdir. Onlarla bağlı medal təhsis edilmişdi. Belə ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunmuşdur. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu, Azərbaycan dövlətinin öz əsgərinə, ordusuna, vətəndaşlarında verdiyi əməyin əyani təcəssümüdür. Sözün həqiqi mənasında bu torpaq uğrunda döyüşənlərə dövlətimiz tərəfindən diqqət olunur. Əlbəttə ki, Cəbrayılın azad olunması uğrunda da şəhidlərimiz oldu. Allah o şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə Allahdan şəfa diləyirik. Amma bütün hallarda bu torpağın uğrunda döyüşənlər hər zaman dövlətimizin nəzər, diqqətindədir. Bütün bunara baxmayaraq hazırda Cəbrayıl rayonu da yenidən qurulur, bərpa edilir. Cəbrayıl rayonunda aparılan quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Ölkəmizin başçısı Cəbrayıla səfərlərində orada saysız obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev 04 oktyabr 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Dövlətimizn başçısı cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk dəfə həmin gün görüşüb. Cənab Prezident oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhərinin işğalçılardan azad olunduğu şanlı tarixi birlikdə qeyd edib. Görüşdə geniş çıxış edən Prezident İlham Əliyev oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını “Cəbrayıl şəhəri azad edilmişdir!” xoş müjdəsi ilə sevindirdiyini xatırladıb: “Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər