PDF Oxu

Siyasət

  • 1 874

Anti-Azərbaycan mövqedən çıxış edənlərə açıq mesaj ŞƏRH

Anti-Azərbaycan mövqedən çıxış edənlərə açıq mesaj ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Ölkə başcısı cənab İlham Əliyev Cəbrayıl günü münasibətilə Azərbaycan xalqını və Cabrayılliları təbrik etdi və çıxışı zamanı başqa mühüm məsələlər barəsində də fikrini ifadə edərək qeyd etdi ki, ölkəmizin müstəqilliyinin qorunmasında başlıca rol oynayan və qəhramanlıq göstərən gənclər vaxtilə itirilmiş torpaqlarımızı qaytara bilmişdir. Bu gün azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Dünyanın heç bir yerində müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini hıyata keçirə bilməmişlər.

Bizim torpaqlarımızın işgal altında olduğu müddət ərzində, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuşlar. Bu, işğalı əbədi etmək üçün Fransa, ABŞ və kollektiv Qərb ölkələri əllərindən gələni edirdilər. Bu gün bütün azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və Böyük Qayıdış proqramı uğurla icra olunur.

ABŞ, Fransa və bir sıra Qərb ölkələrinin Cənubi Qafqaza müdaxiləsi barədə də Cənab Prezident açıqlama vermışdir. Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə, bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Bu, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yaddan çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayıl Şəhərinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər antiazərbaycan mövqe nümaiş etdirən ölkələrə və beynəlxalq təşkilatlara açıq və haqlı mesaj oldu.

NAZİM BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər