İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Qasımov İsmayıl Sadiq oğlunun şəhadətlərinin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev,Yasamal Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qasımov İsmayıl Sadiq oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!