Siyasət

  • 1 130

Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluq münasibətlərinə əsaslanır ŞƏRH

image

Məlumdur ki, ölkəmizin Rusiya ilə əlaqələri çoxəsrlik tarixə malikdir və bu gün də bu münasibətlər dinamik inkişafdadır. Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfəri həmişə diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, dövltimizin başçısının Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafına təkan verəcək. Xüsusilə qeyd edək ki, dövlətimizin başçısı tədbir iştirakçılarına Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilildiyi barədə məlumat verdi. Qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Məlum olduğu kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Bununla yanaşı, III MDB Oyunlarının növbəti il Azərbaycanda keçiriləcəyi barədə məlumat verildi. Bu yarışlarla əlaqədar Azərbaycan qədinm şəhərlərindən biri olan Gəncə idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bundan başqa, Bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına evsahibliyi edəcəyi də diqqətə çatdırıldı. Sevindirici haldır ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edib. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev həmin gün Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. Qeyd olunub ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.

Aqif Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər