PDF Oxu

Siyasət

  • 1 687

Əli Kərimli və Edward Markeyin qaranlıq otaqda birə axtarmağa can atırlar ANALİZ

Əli Kərimli və Edward Markeyin qaranlıq otaqda birə axtarmağa can atırlar ANALİZ

Müxtəlif vaxtlarda dağıdıcı müxalif ünsürlərin dövlət maraqlarına qarşı erməni istəklərinə, bəzi hallarda tapşırıqlarına uyğun fikirlər səsləndirib, videolar paylaşmaları halları olub. Belə fəaliyyət nə nadanlıq, cahillik, nə də səriştəsizlik deyil, bu, birbaşa ermənidən betər erməni olmaq deməkdir. Çünki heç bir halda azərbaycanlı adını daşıyan, Azərbaycanda doğulub, suyunu içib, çörəyini yeyən şəxs Vətəni hesab etdiyi dövlətinə qarşı həqarət edə, fikirlər səsləndirə bilməz. Fakt varsa, sübutlar ortadadırsa, deməli, belə şəxslər, sadəcə, azərbaycanlı adı altında gizlənib, xarici anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirənlərdir. “Biz müxalifətdəyik, hakimiyyətin çatışmazlıqlarını söyləmək bizim müxalif haqqımızdır” demək, sadəcə, öz hiyləgər əməllərini, məkrli hərəkətlərini gizlətməkdən başqa bir şey deyil. Çünki müxalifətdə olmaq dövlətə və xalqa qarşı müxalif mövqe tutmaq demək deyil. Müxalifətçilik xaricdən ölkəmizin uğurlarına kölgə salmaq və beynəlxalq aləmdə Azərbaycanın möhtəşəm nailiyyətlərini sarsıtmaq üçün göstərilən cəhdləri təbliğ etmək, pozucu qüvvələrlə həmrəylik nümayiş etdirmək deyil. Sual olunur, nə zamansa Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri ABŞ-ın, Fransanın, Almaniyanın ermənipərəst dairələrinin Azərbaycanla bağlı qərəzli açıqlamalarına və ya hesabatlarına etiraz ediblər? Kimsə bilirmi ki, sözügedən sapı özümüzdən olan baltalar bir dəfə erməni revanşistlərinin separatçı çağırışlarına sərt mövqe bildiriblər? Heç zaman olmayıb. Bundan sonra da dağıdıcı müxaliflərin sağlam fikir ortaya qoyub, milli maraqlara uyğun addımlar atacaqları inandırıcı görünmür. Çünki xarici maraqlı qüvvələrin maddi və mənəvi dəstəyindən asılıdırlar.

Cəmil Həsənlinin və Əli Kərimlinin əlləri daim xarici maraqlı dairələrin cibindədir

Sübuta yetirilir ki, dağıdıcı müxalifətin əksər simalarının, o cümlədən Əli Kərimlinin və Cəmil Həsənlinin əlləri daim ermənipərəst dairələrin cibindədir. Əgər belə deyilsə, buyurub ABŞ-ın 60-a yaxın ermənipərəst senatorunun Dövlət Katibi Entoni Blinkenə ünvanladıqları separatçı məktuba etiraz bildirsinlər. Məlum faktdır ki, ermənipərəst senatorların yazdıqları məktub başdan ayağa qədər Koçaryan, Sarkisyan kimi uşaq qatillərinin maraqlarına, Paşinyanın istəklərinə uyğun hazırlanıb. Bəlkə də, məktub elə Ermənistanda Paşinyanın ofisində hazırlanıb. Məktubda Azərbaycanın davamlı olaraq beynəlxalq hüququ pozması və Ermənistana qarşı qızışdırıcı ritorika vurğulanır. Senatorlar təmiz enerji üzrə regional əməkdaşlığın vacibliyini vurğulayır və ABŞ-ı Rusiyanın enerjisindən asılılığını azaltmaq üçün Ermənistanla tərəfdaşlığını dərinləşdirməyə çağırırlar: “Böyük sübutlara və beynəlxalq qınaqlara baxmayaraq, Azərbaycan etnik təmizləmə və digər hərəkətlərin mənalı nəticələri ilə üzləşməyib. Bundan əlavə, 2023-cü ilin sonunadək Azərbaycan “Dağlıq Qarabağ”ın bir neçə “siyasi lideri”ni və ən azı 23 hərbi əsiri saxlayıb; bir çoxlarının taleyi yox idi və ya əsir götürüldü, onlardan bəziləri Azərbaycan əsgərləri və ya hüquq-mühafizə orqanları tərəfindən məhkəməsiz şəkildə öldürüldü”.

Bu, o senatorlardır ki, dəfələrlə Xankəndidə olub Arayik kimi terrorçularla fotolar çəkdiriblər

Azərbaycanda keçiriləcək COP29 konfransı ərəfəsi belə bir məktubun yazılması və Bliken qarşısında ultimativ tələblər irəli sürülməsi ermənipərəst senatorların xüsusi tapşırıqlar aldıqlarını göstərir. Həm də məktubu yazan senatorlar Cory Booker, Gary Peters, Jack Reed, Jacklyn Rosen, Debbie Stabenow, Chris Van Hollen, Elizabeth Warren, Peter Welch, Ron Wyden, Sheldon Whitehouse, Nümayəndələr Palatasından Gabe Amo, Jake Auchincloss, Joyce Beatty, Donald Beyer, Tony Cardenas , Greg Casar, Sean Casten, Keti Kastor, Joaquin Castro, Daniel Goldman, Josh Gottheimer, Stiven Linç, Seth Magaziner, James McGovern, Robert Menendez, Linda Sançes, Bredli Şnayder, Dina Titus, Lori Trahan, David Valadao və digərləri COP29-un Azərbaycanda keçirilməsindən ciddi narahatlıq keçirdiklərini nümayiş etdirirlər. Senatorların “COP29 Cənubi Qafqazda təmiz enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün bir fürsət təqdim etsə də, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsinə göz yummaq olmaz” separatçı fikirlər təsdiq edir ki, onlar 44 günlük Vətən Müharibəsində ölkəmizin erməni terroruna son qoyub, işğal altında olan torpaqlarını azad etməklə dünyada nüfuzunun və hörmətinin artmasından ciddi narahat olublar və bu hörmətə kölgə salmaq üçün COP29 konfransını bir fürsət bilib Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Bu, o senatorlardır ki, bir neçə dəfə işğal altında olmuş Azərbaycan ərazilərində olublar. Dəfələrlə terrorçular Arayik, Quqasyan, Saakyan, Vardanyan və digərləri ilə görüşüb terror əməllərinin genişləndirilməsi müzakirə edilmiş və ABŞ-a qayıtdıqdan sonra onlara hərbi və maliyyə yardımlarının göstərilməsinə nail olmuşlar. Senator Marki uzun müddətdir Massaçusetsdəki erməni diasporunun tərəfdarı olub. 2024-cü ilin aprelində senator Marki həmkarlarına qoşularaq Dövlət Katibi Antoni Blinkenə məktub göndərərək Dövlət Departamentini hazırda istintaqda olan terrorçuların, o cümlədən əldə olunmuş hər hansı sülh razılaşmasının şərti kimi azad edilməsinə üstünlük verməyə çağırıb.

Dağıdıcı müxalifətin fəaliyyəti ermənidən betər erməni olmaq deməkdir

Frank Pallone 2019-cu ildə Xankəndidə olub. Separatçılarla görüşən senator müxtəlif pozalarda fotolar da çəkdirib. Çıxışlarından təxribatçı mövqe sərgiləyərək Qarabağ yerinə “Artsax” ifadəsini qeyd edir və mütəqillik xülyalarından danışırdı. Hətta ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırılmasını tələb edirdi. Edward John Markey də ermənilərin köhnə dostudur. Amerika Erməniləri Milli Komitəsi hər il erməni xalqının hüquqlarını müdafiə edən bir şəxsə “Azadlıq” adlı mükafat verir.

2024-cü ilin fevralında senatorlar Edvard J. Marki (D-Mass.) və Bill Cassidy (R-La.) Dövlət Katibindən Azərbaycanda insan hüquqları praktikası, o cümlədən insan hüquqları ilə bağlı iddialar barədə hesabat təqdim etməyi tələb etmək üçün ikitərəfli qətnamə təqdim ediblər. 2022-ci ilin sentyabrında senator Marki və onun həmkarları Ermənistan və Azərbaycan arasında sülh və sabitliyi təmin edəcək daimi qətnaməyə çatana qədər ABŞ-dan Azərbaycana hər hansı təhlükəsizlik yardımını dayandırmağa çağıran məktuba rəhbərlik ediblər. 2020-ci ilin noyabrında Senatın Xarici Əlaqələr Komitəsinin ozamankı üzvü olan senator Marki Rusiyanın vasitəçiliyi ilə Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış sazişdən narahatlığını ifadə edib. 2020-ci ilin oktyabrında o, ovaxtkı dövlət katibi Mayk Pompeonu Ermənistan və Azərbaycan arasında dərhal atəşkəs əldə etməyə çağırıb.

Bir sözlə, ermənipərəst senatorlar üzərlərinə düşən erməni terrorçularına dəstək göstərmək vəzifələrini layiqincə yerinə yetirməyə çalışırlar. Bu halda Azərbaycanın dağıdıcı müxalifətinin erməni qafalı üzvləri olan Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin ermənipərəst dairələrlə və senatorlarla həmfikir olmaları və onların mövqelərini dəstəkləmələri erməni qardaşlığının nümunəsi sayıla bilər. Başqa cür də desək, bu hal ermənidən betər erməni olmaq deməkdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər