PDF Oxu

Siyasət

  • 1 937

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir ŞƏRH

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir ŞƏRH

Son illər Azərbaycan çevik xarici siyasət yürüdərək müxtəlif beynəlxalq və regionaltəşkilatlarda, o cümlədən MDB-də fəal iştirak edir. MDB postsovet məkanında çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olaraq qalır. Bu təşkilat üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə görüşü geosiyasi kontekst çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini təsdiq etməklə yanaşı, həm də ölkəmizin MDB çərçivəsində mühüm regional aktor olduğunu nümayiş etdirir. İki ölkə arasında münasibətlərin dinamik inkişaf xarakterini Prezident Putinin Azərbaycana həyata keçirdiyi son dövlət səfəri də təsdiqlədi və bu, qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bugünkü mürəkkəb beynəlxalq vəziyyət, xüsusilə də keçmiş Qarabağ münaqişəsindən sonrakı nizamlanma fonunda Azərbaycanla Rusiya arasındakı tərəfdaşlıq ciddi əhəmiyyət daşıyır. Rusiya regionda sülh prosesində, o cümlədən sabitliyin qorunmasında, yeni münaqişələrin qarşısının alınmasında diplomatik təşəbbüsləri ilə fəallıq göstərir. Azərbaycan da öz növbəsində sülhməramlı proseslərdə, regional təşəbbüslərdə fəal iştirak etməklə sülh və əməkdaşlıq arzusunu təsdiqləyir. Azərbaycan və Rusiya prezidentləri arasında müntəzəm xarakter daşıyan təmaslar ölkələrarası əlaqələrin dinamik inkişafını təmin edir. Bu xüsusda, Rusiya Prezidentinin cari ilin avqustunda Azərbaycana dövlət səfərini, həmçinin Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident Vladimir Putinlə keçirdiyi görüşü qeyd etmək istərdim. Əlbəttə ki, yüksək səviyyəli görüşlər nəticəsində qəbul edilən qərarların, əldə olunan razılaşmaların uğurlu icrası iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrin inkişafına, birgə həyata keçirilən regional layihələrin genişləndirilməsinə təkan verir. Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığa xüsusi önəm verərək Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin böyük önəm daşıyır. Laçın da daxil olmaqla, tarixi torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxlayan Ermənistan bu ərazilərdə böyük dağıntılar, ekoloji cinayətlər törədib. Bu gün isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə tarixi torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir, həmin ərazilərə həyat qayıdır. Keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitinin təmin olunması istiqamətində bütün zəruri addımlar atılır.

Azərbaycanın mühüm idman yarışlarını yüksək səviyyədə təşkil etmək baxımından
böyük təcrübəyə malik olduğunu deyən deputat ölkəmizin III MDB Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib. Azərbaycanda Bakı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturları yaradılıb, onlar bütün lazımi avadanlıqlarla təmin edilib. Bu baxımdan, MDB Oyunlarının Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi bölgələrimizin də mühüm idman bayramına şahidlik etməsinə imkan verəcək.Azərbaycan MDB çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib. Ermənistan istisna olmaqla, bütün üzv ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Təbii ki, bu platforma çərçivəsində əməkdaşlığın genişləndirilməsində Azərbaycan hər zaman xüsusi rol oynayıb və bu gün də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər