PDF Oxu

Siyasət

  • 1 876

Azərbaycanı güclü dövlətə çevirən lider ŞƏRH

Azərbaycanı güclü dövlətə çevirən lider ŞƏRH

Dövlətimizin dayanıqlı və ağıllı siyasəti artıq ölkəmizi dünyada lider ölkələrdən birinə çevirib.Təbii ki bu siyasətin yaradıcısı cənab prezident İlham Əliyevdir.Onun atdığı hər addım ölkəmizin gələcəyini daha da gücləndirir.Bu siyasət içərisində Qarabağ siyasətinə toxunmaq ən vacib nüanslardan biridir.Ancaq mən burada bir mövzuya xüsusilə toxunmaq istərdim.Bildiyiniz kimi Prezident İlham Əliyev 15 oktyabr tarixindən ölkəmizə rəhbərlik edir.Və ölkə rəhbərimizin məhz 15 oktyabr 2023cü ildə Xankəndidə dövlət bayrağımızı ucaltmağı özüdə xüsusi bir qürurverici hiss idi.Mən həmin vaxtı Prezident İlham Əliyevin bizlərlə bölüşdüyü sözləri bir daha xatırlamaq istərəm:- Əziz həmvətənlər.

Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Təbiiki Prezidentimizin ürək sözləri daha çox idi.Ancaq mən deyərdimki biz xoşbəxt gəncliyik.Çünki tarixdə Azərbaycanı birləşdirən 3 dahi şəxsiyyət olub ki biz həmin 3cü dahi şəxsin dövründə yaşayan gəncliyik.Bayrağımızın işğal olunmuş ərazilərdə qaldırılması və güclü ordumuzun lider ordulardan birinə çevirmişdir.Biz bununla qürur duymalıyıq bu sevinci isə dahada çox yaşamaq üçün gənclik olaraq vətəndaş borcu olaraq dövlətimizin yanında olmalı,prezidentimizə dəstək olmalıyıq!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər