PDF Oxu

Siyasət

  • 1 986

Azərbaycan xalqının yaddaşında yaşayacaq tarix ŞƏRH

Azərbaycan xalqının yaddaşında yaşayacaq tarix ŞƏRH

15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı yüksəlməsi Azərbaycan xalqının daha bir Qələbəsi oldu. Neçə il öncə Prezident seçilərkən İlham Əliyev Azərbaycan xalqına verdiyi sözü tutdu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Azərbaycan Prezidenti İlham Əliyev: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Qarabağda Böyük qələbə Prezident İlham Əliyevin yüksək zəkası ilə qazanılıb. Qələbəni möhkəmləndirmək isə xalqın, əsas da gənc nəslin üzərinə düşür. Bunu da yalnız böyük inkişafla gələcəyə addımlayaraq edə bilərik. Təbii ki, buna da yüksək təhsilimizlə, yüksək səviyyəli kadr yetişdirməklə nail ola bilərik. Bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Bu günü biz səbirsizliklə gözləyirdik. Bunların hamısı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin müdrikliliyə davam etdirdiyi siyasət nəticəsində, gənc nəslin yüksək vətənpərvər ruhunda böyüməsinin nəticəsində oldu.Azərbaycan Prezidenti İlham Əliyev: “ Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Qarabağ Azərbaycandır!!!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının Fizika İnstitutu üzr ərazi partiya təşkilatının sədri

Digər xəbərlər