İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidləri əsgər Nəcəfov Yusif Nadir oğlunun və əsgər Mustafayev Nurlan Ağa oğlunun şəhadətlərinin dördüncü ildönümü münasibətilə məzarları ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Ziyarətlərdən sonra şəhidlərin əziz xatirələri üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Ağa oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,"Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, Nəcəfov Yusif Nadir oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə” və "Kəlbəcərin azad olunmasına görə" medalları təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!