Siyasət

  • 1 289

Hakan Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə görüşəcək

image

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah paytaxt Ankarada iordaniyalı həmkarı Ayman Safadi ilə görüşəcək. Görüşdə İsrailin bölgədəki hücumları müzakirə olunacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazir Hakan Fidan İsrailin Qəzzada yürütdüyü soyqırım siyasəti, Livana hücumları və bütün bölgəni müharibəyə sürükləmə cəhdlərinin dayandırılması üçün İordaniyanın dəstəyinin vacibliyinə toxunacaq, Livanda yerləşən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələri (UNIFIL) qərargahına edilən hücumların ciddiliyinə diqqət çəkəcək.

Görüşdə iki ölkə arasındakı əlaqələr də müzakirə olunacaq. Bu çərçivədə təhlükəsizlik və müdafiə sənayesi sahələrindəki əməkdaşlıq məsələləri gündəmə gələcək.

Ayman Safadi 2023-cü ilin iyul ayında da Türkiyəni ziyarət edib, iki nazir sonuncu dəfə keçən ay Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində bir araya gəlmişdi.

Digər xəbərlər