Siyasət

  • 1 347

"İrəvanın sülh müqaviləsi ilə bağlı təklifləri reallıqdan uzaqdır"

image

...Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfinin sülh müqaviləsinin artıq razılaşdırılmış müddəalarının imzalanması təklifini dəstəkləməyib, mübahisəli məsələləri sonraya buraxıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əliyev bu cür təşəbbüsləri "reallıqdan uzaq" adlandırıb. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın MDB-nin Moskva sammitində və ondan əvvəl verdiyi təkliflərdən gedir. O, sənədin hazırlığının 80 faiz qiymətləndirilməsinə baxmayaraq, Ermənistanın oktyabrda Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Paşinyan saziş layihəsində razılaşdırılan və ölkələr arasında sülhün möhkəm təməlinə çevrilə biləcək fundamental məsələlərdən danışıb.

Bunlara Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması və gələcəkdə onları qaldırmayacağı vədi ilə ərazi iddialarının olmadığının təsdiqi daxildir.

Bundan əlavə, tərəflər güc tətbiq etməmək prinsipinə riayət etməli, bir-birinin daxili işlərinə qarışmamaq və diplomatik münasibətlər qurmaq barədə razılığa gəlməlidirlər.

Oktyabrın 8-də Azərbaycan prezidenti Əliyev Ermənistanla sülh müqaviləsinin "hər şeyi razılaşdıran zaman" imzalanacağını deyib.

Daha əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi Uşakov Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda Rusiyanın rolundan danışıb.

Əli Babayev

Digər xəbərlər