PDF Oxu

Siyasət

  • 1 835

Azərbaycanın suverenliyi tam bərpa olundu ŞƏRH

Azərbaycanın suverenliyi tam bərpa olundu ŞƏRH

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir.

Ötən ilin 15 oktyabr tarixində Prezident cənab İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya nümayiş simvoluna çevrildi və Azərbaycanın suverenliyi tam bəpa olundu.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyən, suveren ərazilərimizdə saxta seçkilər keçirən, həmçinin terrorçu dəstələr yaradan erməni separatçıları gec-tez öz layiqli cəzalarını almalı idi və bu belədə oldu.

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir və Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu gün ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış siyasət kursuda regionda sülhün və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Artıq dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Qeyd edək ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması qaçılmazdır, çünki başqa yolu yoxdur.

Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.

Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Qeyd edək ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması qaçılmazdır, çünki başqa yolu yoxdur. Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.

Elmin MƏMMƏDOV,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər