17 oktyabr 2020-ci il tarixində ölkəmiz ən parlaq qələbəsi olan Azərbaycanın Füzuli şəhərini işğaldan azad etmişdir.Füzuli şəhəri olduqca gözəl coğrafiyaya və cəlbedici relyefə malikdir. Mən istərdim ki,kiçikdə olsa Füzuli şəhərinin coğrafiyasına nəzər salaq.Beləki Füzuli rayonunun ərazisi Kiçik Qafqazın cənub-şərq qurtaracağının dağətəyi hissələrini əhatə edir. Beyləqan, Ağcəbədi, Cəbrayıl, Xocavənd rayonları və Araz çayı ilə həmsərhəddir. Oroqrafik cəhətdən Füzuli rayonu Qarabağ yaylasının cənub-şərq hissəsinin düzənlik şəbəkəsi ilə kəsilir. Dağətəyi düzənlik sahələrin mütləq yüksəklikləri 100-300 m arasında dəyişir. Cənub-qərbə doğru getdikcə yüksəklik azalır və horizontal sistemə keçir, sonra isə yenidən yüksəlməyə başlayır. Istər cənub-qərb, istərsə də şimal-şərq hissələrdə getdikcə nisbətən ucalan yüksəklik silsilələrdə süxurların yuyulmasına əlverişli şərait yaranır. Ekzogen proseslərin - yağış, küləklərin təsirindən yumşaq süxurlar dağılır. Sel suları və dağ çayları ilə yamaclardan yuyulub gətirilmiş gil, qum, qum-çınqıl xammalı düzənlik sahələrdə toplanaraq yataq və təzahürlər yaradırlar.Rayonumuzda aparılan bir sıra yenidən qurma işlərinin aparılması həmçinin yeni meşə zolaqlarının və ekologiyanın yaxşılaşmasına doğru aparılan tədbirlər ölkəmizin bir daha ekologiyaya nə qədər dəyər verdiyinin və kənd təsərrüfatının inkişafında böyük marağı olduğunun göstəricisidir.Mənim fikrimcə antimilli qüvvələr Azərbaycana qarşı qurduğu çirkin kompaniyalardan əsasən COP29la bağlı atdıqları böhtanlardan utanmalıdırlar.Çünki utanmaqları üçün yetərincə səbəblər varki bunlardan biridə işğaldan azad Füzuli rayonunda görülən işlərdir.Füzuli rayonu nəinki zəngin və füsunkar təbiətə həmçinin zəngin tarixədə malikdir.Rayonda bir sıra tarixi abidələrdə mövcuddur.Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.Ancaq bu cür zəngin tarixə malik olan Füzuli rayonu acı tarixlədə üzləşmişdir.O dövrün rəhbərliyinin yarıtmaz siyasətinə əsasən işğal edilmiş ərazilər içərisində Füzuli rayonuda yer almışdır.1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.Ancaq xalqımız uzaqgörənliyi ilə öz liderini seçmişdir.Heydər Əliyev siyasətini aparan cənab prezidentimiz İlham Əliyev qısa vaxtda Azərbaycanı dünya ölkələri arasında lider ölkəyə çevirmişdir.Bununla da ölkəmiz yenidən ayaqlanmış və öz tarixi gücünü bərpa etmişdir.Nəhayət 2020ci ildə əks hücum əməliyyatı başlayaraq əsgərlərimizin igidliyi və Müzəffər Ali Baş Komandanımızın siyasəti nəticəsində dünya Azərbaycanın hansı gücə malik olduğunu görmüşdür.Ordumuzun işğaldan azad etdikləri rayonlar içərisində Füzuli rayonu da öz növbəsində gün üzü görmüşdür.Ölkə başçımızın ilk səfərləri arasında Füzuli rayonu yer almışdır.Və Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı xalqla prezident arasında nümayiş etdirilən səmimi təəsüratlar bir daha ölkəmizin və dövlətimizin qələbəsinin təzahürü və Qarabağ Azərbaycanındır ifadəsinin nidasıdır!
Elgün Rüstəmli
YAP Yasamal Rayon təşkilatının gənc fəalı